Alternative content

19:46 19 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Prezident İlham Əliyev Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş katibini qəbul edib
Prezident İlham Əliyev Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş katibini qəbul edib
ANA SƏHİFƏ / Qəbullar
06:06 03.06.2018

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 3-də Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş katibi Vladimir Kuvşinovu qəbul edib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı sabah Bakıda keçiriləcək Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasının yaradılmasının 10 illiyi ilə bağlı tədbirin və Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş katibinin bu tədbirdə iştirakının önəmini qeyd etdi. Prezident İlham Əliyev Azərbaycan ilə Beynəlxalq Mülki Müdafiə Təşkilatı arasında uğurlu əməkdaşlığın bundan sonra da davam edəcəyinə əminliyini ifadə etdi.

Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş katibi Vladimir Kuvşinov sabah Bakıda keçiriləcək Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasının yaradılmasının 10 illiyi ilə əlaqədar tədbirdə iştirakından məmnunluğunu ifadə edərək, eyni zamanda, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi ilə rəhbərlik etdiyi qurum arasında imzalanacaq informasiya mübadiləsi reqlamentinin əməkdaşlığın möhkəmləndirilməsi baxımından əhəmiyyətini qeyd etdi. Vladimir Kuvşinov bildirdi ki, Azərbaycan Beynəlxalq Mülki Müdafiə Təşkilatının fəal üzvlərindən biridir və ölkəmiz bu təşkilatın strateji inkişafla bağlı fəaliyyətinə öz töhfəsini verir.

Söhbət zamanı Azərbaycanda mülki müdafiə sahəsində həyata keçirilən işlərdən danışıldı, əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.