Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk muhammet ali özer

Alternative content

08:13 19 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Heydər Əliyev Mərkəzində Yana Melikayeva və Askar Abdrazakovun konserti olub
Heydər Əliyev Mərkəzində Yana Melikayeva və Askar Abdrazakovun konserti olub
ANA SƏHİFƏ / Mədəniyyət
05:06 02.06.2018

İyunun 1-də Heydər Əliyev Mərkəzində Rusiyanın tanınmış opera müğənniləri Yana Melikayeva və Askar Abdrazakovun konserti olub.

AZƏRTAC xəbər verir ki, tanınmış ifaçıları Əməkdar Artist Fuad İbrahimovun dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri müşayiət edib.

Yana Melikayeva və Askar Abdrazakov tamaşaçılara müxtəlif operalardan ariyalar, romanslar təqdim ediblər.

Konsertin proqramında Mixail Qlinkanın “Ruslan və Lyudmila” operasından uvertüra, Şarl Qunonun “Faust” operasından Mefistofelin kupletləri, Volfqanq Amadey Motsartın “Don Juan” operasından Don Juan və Tserlinanın dueti, Jorj Bizenin “Karmen” operasından Xabaneranın ariyası, “Segidilya”, Sergey Raxmaninovun “Aleko” operasından Alekonun kavatinası ifa olunub.

Müğənnilər, həmçinin Vinçentso di Kyaranın “İspan bolerosu”, Aqustin Laranın “Qranada”, Aleksandra Paxmutovanın “Tı moya melodiya”, “Bremen musiqiçiləri” filmindən Gennadi Qladkovun “Luç solntsa zolotoqo” mahnılarını təqdim ediblər.

Konsertdə Azərbaycan bəstəkarları Üzeyir Hacıbəylinin “Sənsiz” romansı, Tofiq Quliyevin “Dobroye utro, moy Azerbaydjan” və “Gecə serenadası” mahnıları da ifa olunub.

1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə təsadüf edən konsert proqramında Yana Melikayeva və Askar Abdrazakov səhnəni Azərbaycan Dövlət Uşaq Filarmoniyasının Uşaq Xor Kapellası ilə bölüşüblər. Onlar “Elektronikanın macəraları” filmindən mahnı təqdim ediblər.

Nadir səs və bənzərsiz ifanın harmoniya təşkil etdiyi konsert proqramı Xalq Artisti Müslüm Maqomayevin məşhur “Azərbaycan” mahnısı ilə başa çatıb.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM