Alternative content

15:16 23 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Rusiya-2018”: Cənubi Koreya millisinin yekun heyəti açıqlanıb
“Rusiya-2018”: Cənubi Koreya millisinin yekun heyəti açıqlanıb
ANA SƏHİFƏ / İDMAN
02:06 02.06.2018

Futbol üzrə Cənubi Koreya milli komandasının Rusiyada keçiriləcək dünya çempionatı üçün yekun heyəti açıqlanıb.

AZƏRTAC xəbər verir ki, 23 nəfərlik heyətdə qapıçılardan Kim Sin Qyu (Vissel Kobe), Kim Çjin Xen (Sereso Osaka), Ço Xyun Yu (Tequ) yer alıblar. Heyətdə müdafiəçilərdən Kim Yen Qvon (Xuançjou Everqrand, Çin), Çan Xen Su (Tokio), Pak Çu Xo (Ulsan Xende), Li Yen (Çonbuk), Ko Ye Xan (Seul), Kim Min Yu (Sandji Sanmu), Xon Çul (Sandju Sanmu), Çon Sin Xen (Saqan Tosu), Yun Yen Son (Sonnam), O Ban Suka (Çedju Yunayted) şans verilib.

Dünya çempionatında komandanın yarımmüdafiə xəttini Ki Son Yen (Suonsi, İngiltərə), Ku Ca Çxol (Auqsburq, Almaniya), Li Co Son (Çonbuk), Çon U Yen (Vissel Kobe), Çu Se Çon (Asan Muqunxua), Mun Son Min (İnçxon Yunayted), Li Sin Bu (Verona) qoruyacaqlar.

Hücumçulardan isə Son Xin Min (Tottenhem, İngiltərə), Kim Sin Uk (Çonbuk), Xvan Xi Çxan (Zalsburq, Avstriya) əsas heyətə düşmək şansı əldə ediblər.

Cənubi Koreya millisi dünya çempionatında Almaniya, Meksika və İsveç yığmaları ilə eyni qrupda yer alıb.