Alternative content

19:39 26 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycanın Xalq Artisti, sevilən bəstəkar-müğənni EMIN Tbilisidə konsert proqramı ilə çıxış edib
Azərbaycanın Xalq Artisti, sevilən bəstəkar-müğənni EMIN Tbilisidə konsert proqramı ilə çıxış edib
ANA SƏHİFƏ / Mədəniyyət
11:06 01.06.2018

Azərbaycanın Xalq Artisti, sevilən bəstəkar-müğənni EMIN iyunun 1-də ilk dəfə Gürcüstanın paytaxtı Tbilisidə konsert proqramı ilə çıxış edib.

AZƏRTAC xəbər verir ki, Gürcüstan Dövlət Filarmoniyasında keçirilən konsertdə gənc müğənni tamaşaçıları gürcü dilində salamlayıb, Tbilisidə solo konsert proqramı ilə çıxış etməkdən məmnun qaldığını bildirib. EMIN Gürcüstanı, xüsusən paytaxt Tbilisini çox sevdiyini vurğulayıb.

Gənc müğənni Rusiya və dünya bəstəkarlarının kompozisiyaları ilə yanaşı, öz bəstələrini və hit mahnıları da ifa edib. Onun çıxışı sürəkli alqışlarla qarşılanıb.

Konsertdə müğənnini öz orkestri müşayiət edib.

Gürcüstanın dövlət və hökumət rəsmiləri, mədəniyyət və incəsənət xadimləri, Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, səfirliyin və konsulluğun əməkdaşları, bu ölkədə fəaliyyət göstərən Azərbaycan şirkətlərinin nümayəndələri, azərbaycanlı gənclər konsertdə olublar.