Alternative content

03:25 14 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan–Çin elmi əlaqələri genişlənir
Azərbaycan–Çin elmi əlaqələri genişlənir
ANA SƏHİFƏ / Elm və texnika
05:06 01.06.2018

Çin Sosial Elmlər Akademiyasının nümayəndə heyəti Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda olub.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli Azərbaycan-Çin ədəbi əlaqələrindən, bu istiqamətdə görülən işlərdən danışıb. Akademik bildirib ki, İnstitutda Çin Mərkəzi fəaliyyət göstərir, Çin dili tədris olunur və qarşılıqlı ədəbi əlaqələr istiqamətində elmi tədqiqatlar aparılır. İ.Həbibbəyli qarşılıqlı əlaqələrin daha böyük layihələrin həyata keçirilməsinə şərait yaratdığını bildirib.

Çin Sosial Elmlər Akademiyasının Dünya Dinləri İnstitutunun əməkdaşı Vey Daouri, Fəlsəfə İnstitutunun direktor müavini Cui Veyhan, Çin Sərhəd Tədqiqatları bölməsinin rəhbəri Van İkan, Çin Milli Mədəniyyəti Araşdırmaları Mərkəzinin rəhbəri Li Xı, Çin Fəlsəfə İnstitutunun əməkdaşı Cu Çunmin, Pekin Telekommunikasiya Universitetinin professor əvəzi Cao Xayyin və Pekin Xarici Dillər Universitetinin dosenti, Ədəbiyyat İnstitutunun Çin-Azərbaycan əlaqələri üzrə koordinatoru Aqşin Əliyev gələcək birgə işlərlə bağlı təkliflərini bildiriblər.

Müzakirələrdə Ədəbiyyat İnstitutunun nəzdində Çin Tədqiqatları Mərkəzinin yaradılması qərara alınıb. Daha sonra qonaqlar İnstitutun Çin Mərkəzinə baxıblar.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM