Alternative content

20:29 18 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahudan
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahudan
ANA SƏHİFƏ / Məktublar
05:06 01.06.2018

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident, əziz dost.

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin qeyd olunması münasibətilə İsrail hökuməti və xalqı adından səmimi təbriklərimi qəbul edin. Bu çox əlamətdar tarixi hadisəni qeyd etdiyiniz bir zamanda mən Sizə və Azərbaycan xalqına davamlı inkişaf, rifah və uğur arzu edirəm.

İsrail və Azərbaycan arasındakı əlaqələr, sadəcə, qarşılıqlı maraqlar üzərində deyil, eləcə də iki qədim xalq arasında mövcud olan dərin və davamlı dostluq münasibətləri üzərində qurulub. Ötən il İsrail və Azərbaycan diplomatik münasibətlərin qurulmasının 25 illiyini qeyd etdi. Bizim münasibətlərimiz bir-birinin inancına və adət-ənənəsinə hörmətlə yanaşan və daha firavan və təhlükəsiz gələcək təmin etmək üçün birgə çalışan müsəlmanların və yəhudilərin unikal tərəfdaşlığıdır. Ölkələrimiz ticarət və enerjidən kənd təsərrüfatı və terrorla mübarizəyə kimi xalqlarımız üçün böyük əhəmiyyət kəsb edən bir sıra sahələrdə əməkdaşlıq edir.

2016-cı ilin dekabr ayında Bakıya səfərimi və mənə göstərdiyiniz isti və gözəl qonaqpərvərliyi heç zaman unutmayacağam. Sizin göstərdiyiniz qonaqpərvərliyə yaxın gələcəkdə Yerusəlimdə eyni qonaqpərvərliklə cavab verəcəyimə ümid edirəm.

Bir daha Sizi 100 illik yubileyiniz münasibətilə təbrik edirəm.

 

Benyamin Netanyahu

İsrail Dövlətinin Baş naziri