Alternative content

23:50 22 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan ilə Avropa İttifaqı arasında təhsil sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib
Azərbaycan ilə Avropa İttifaqı arasında təhsil sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib
ANA SƏHİFƏ / Təhsil
05:06 01.06.2018

Təhsil naziri Ceyhun Bayramov Avropa Komissiyasının büdcə və insan resursları üzrə komissarı Günter Öttinger ilə görüşüb.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan və Avropa İttifaqı arasında prioritet sahələrdən biri hesab olunan təhsil sahəsində əlaqələrin cari vəziyyəti və inkişafı, o cümlədən əməkdaşlıq perspektivləri müzakirə edilib.

Eyni zamanda, Avropa İttifaqına üzv olan ölkələrin və Azərbaycanın ümumtəhsil müəssisələri arasında əlaqələrin genişləndirilməsi ilə bağlı konkret təkliflər səsləndirilib.