01 Iyun 2018 05:06
510
Səhiyyə
A- A+

Milli Onkologiya Mərkəzində Baronessa Emma Nikolson ilə görüş olub

İyunun 1-də Milli Onkologiya Mərkəzinin (MOM) baş direktoru, akademik Cəmil Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolsonu görüşüb.

AZƏRTAC xəbər verir ki, baronessa xanım Emma Nikolson və onu müşayiət edən şəxslər görüşdən əvvəl Milli Onkologiya Mərkəzinin Uşaq Onkoloji Klinikasını, şüa terapiyası, reanimasiya və intensiv terapiya şöbələrini gəzib, xəstələrin müalicəsi üçün istifadə edilən müasir avadanlıqlarla tanış olub, müalicə proseslərini izləyiblər.

Görüşdə akademik Cəmil Əliyev mərkəzin klinik-elmi fəaliyyəti haqqında qonaqlara ətraflı məlumat verib, ölkələrimiz arasında bir sıra strateji istiqamətlər, o cümlədən onkologiya sahəsində olan dinamik və intensiv əməkdaşlıqdan danışıb. O, İngiltərənin Hammersmit Kral Universiteti ilə Milli Onkologiya Mərkəzinin çoxillik əlaqələrinin ölkələrimiz arasında səhiyyə sahəsində əməkdaşlıqda böyük rol oynadığını və bu əlaqələrin hazırda uğurla inkişaf etdiyini xüsusi vurğulayıb. Akademik Cəmil Əliyev bu il mayın 25-də Milli Onkologiya Mərkəzi ilə Böyük Britaniyanın “Royal Liverpool University Hospital” və “University College London Hospital” arasında nüvə təbabəti sahəsində qarşılıqlı elmi-praktik əməkdaşlığa dair memorandum imazalandığını qonaqların diqqətinə çatdırıb. İmzalanma mərasimində iştirak edən Böyük Britaniya Nüvə Təbabəti Cəmiyyətinin sədri, professor Sobhan Vinjamurinin Azərbaycan onkoloqlarının uğurları və əməkdaşlıq imkanlarını yüksək qiymətləndirdiyi bildirilib. Qeyd olunub ki, razılaşmanın klinik və elmi tədqiqatlar, həmçinin kadr mübadiləsi sahəsində yeni perspektivlər açdığı gözlənilir.

Akademik Cəmil Əliyev Prezident İlham Əliyevin səhiyyənin inkişafına xüsusi diqqət və qayğı göstərdiyini vurğulayıb. Bildirilib ki, Milli Onkologiya Mərkəzinin Uşaq Onkoloji Klinikasını yaradılmasında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın müstəsna xidmətləri olub.

Görüşdə akademik Cəmil Əliyev 1200 yerlik mərkəzin ən müasir dünya standartlarına malik tibbi avadanlıq və ləvazimatlarla təchiz olunduğunu, müalicə alan xəstələrin 35 faizinin onkoloji müalicə aldığını, qalan 65 faizinin isə diaqnostik məqsədlərlə müalicə olunduğunu bildirib. Baş həkim burada aparılan müalicələrin başlıca məqsədinin xəstələrin ömrünün uzadılması, mümkün olduğu təqdirdə tam sağalmasına yönəldiyini bildirib.

Baronessa Emma Nikolson Böyük Britaniya ilə Azərbaycan arasında bir sıra vacib sahələrdə mövcud əməkdaşlığın səviyyəsindən razılığını ifadə edərək onun daha da genişləndiriməsinin vacibliyini diqqətə çatdırıb. O, Milli Onkologiya Mərkəzində onkoloji xəstələrin yüksək keyfiyyətli müalicəsi üçün yaradılan müasir şəraitin dünya standartları səviyyəsində olduğunu bildirib, burada onkoloii xəstəliklərin profilaktikası və müalicəsi sahəsində görülən işləri yüksək qiymətləndirib.

Görüşün sonunda Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Milli Onkologiya Mərkəzinin muzeyi ilə tanış olub, fəxri qonaqlar kitabına ürək sözlərini yazıb.

Görüşdə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səlahiyyətli səfiri Kerol Krofts iştirak edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video