Azərbaycanın təhsil naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan Almaniya Federativ Respublikası Bundestaqının xarici əlaqələr, eləcə də mədəniyyət və mətbuat komitələrinin üzvü, CDU/CSU (Xristian Demokratlar və Xristian Sosialistlər İttifaqı) fraksiyasından olan deputatı Nikolas Löbel ilə görüşüb.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, görüşdə C. Bayramov “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın müəyyən etdiyi hədəflərə uyğun olaraq aparılan islahatlar barədə məlumat verib.