Alternative content

00:20 25 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Qrossmeysterimiz Şəhriyar Məmmədyarov beynəlxalq reytinq cədvəlində mövqeyini qoruyub
Qrossmeysterimiz Şəhriyar Məmmədyarov beynəlxalq reytinq cədvəlində mövqeyini qoruyub
ANA SƏHİFƏ / İDMAN
12:06 01.06.2018

Beynəlxalq Şahmat Federasiyasının (FIDE) yeni reytinq cədvəli açıqlanıb.

AZƏRTAC xəbər verir ki, iyun ayı üçün nəzərdə tutulan cədvəlin ilk yüzlüyündə Azərbaycanın 6 şahmatçısı yer alıb.

Şəhriyar Məmmədyarov mövqeyini qoruyub. Qrossmeysterimiz 2808 xalla üçüncü pillədə qərarlaşıb. FIDE reytinqinə 2843 xalla dünya çempionu Maqnus Karlsen başçılıq edir. İddiaçılar turnirinin qalibi, ABŞ təmsilçisi Fabiano Karuana isə 2816 xalla 2-ci yerdədir.