Alternative content

08:01 20 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Avropa Atletika Assosiasiyasının rəhbərliyi Bakıda bir sıra görüşlər keçirib
Avropa Atletika Assosiasiyasının rəhbərliyi Bakıda bir sıra görüşlər keçirib
ANA SƏHİFƏ / İDMAN
01:06 01.06.2018

 

Ölkəmizdə səfərdə olan Avropa Atletika Assosiasiyasının prezidenti Svein Arne Hansen və baş icraçı direktoru Kristian Milz müxtəlif idman obyektlərini ziyarət edib və görüşlər keçiriblər. 

Azərbaycan Milli Olimpiya Komitəsindən AZƏRTAC-a bildiriblər ki, qonaqlar Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov ilə də görüşüblər. Görüşdə ölkəmizdə idmanın inkişafına dair fikir mübadiləsi aparılıb.

Qonaqlar Bakı Olimpiya Stadionunda olublar. Azərbaycandakı idman qurğuları ilə yaxından tanışlıq zamanı “Bakı-2015” I Avropa və “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının atletika yarışlarının bu stadionda keçirildiyi qeyd edilib.

Daha sonra Avropa Atletika Assosiasiyasının nümayəndə heyəti ilə Azərbaycan Atletika Federasiyasında görüş keçirilib. Qonaqlar federasiyanın fəaliyyəti və strukturu ilə yaxından tanış olub, atletikanın gənclər arasında inkişafı yollarını müzakirə ediblər.

Qitənin nüfuzlu idman qurumunun təmsilçiləri görüş çərçivəsində üçtəkanla tullanma idmanı üzrə Avropa rekordçusu Nazim Babayev ilə tanış olublar. Gənclər və idman naziri Azad Rəhimovla görüşdə idman sahəsi üzrə müxtəlif məsələlər müzakirə edilib.

Milli Olimpiya Komitəsində təşkil olunan görüşdə isə Azərbaycanda atletikaya maraq və idmanın bu növünün təbliği, xüsusilə MOK-un bu sahədə gördüyü işlər barədə məlumat verilib. Həmçinin “KIDs Athletics”, “Olimpiya Hərəkatı”, “LEAP 2017”, “Michel Johnson Performance” və digər təbliğedici layihələrin əhəmiyyətindən, son illərdə idmana marağın artmasından danışılıb. Bu layihələrin gənclərin idmana marağının genişləndirilməsi ilə yanaşı, məşqçi, hakim və texniki heyətin bilik və bacarıqlarının artırılmasında mühüm rolu qeyd edilib.