Alternative content

02:20 22 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bakıda Avropa Tibb Assosiasiyaları Forumunun 33-cü illik konfransı keçirilir
Bakıda Avropa Tibb Assosiasiyaları Forumunun 33-cü illik konfransı keçirilir
ANA SƏHİFƏ / Səhiyyə
01:06 01.06.2018

 

Mayın 31-də Bakıda Azərbaycan Tibb Assosiasiyasının təşkilatçılığı ilə 1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Avropa Tibb Assosiasiyaları Forumunun 33-cü illik konfransı öz işinə başlayıb.

AZƏRTAC xəbər verir ki,  Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr edilən tədbirin əvvəlində  dövlət himni səsləndirilib. 

 Azərbaycan Tibb Assosiasiyasının sədri Nəriman Səfərli tədbiri giriş sözü ilə açaraq rəhbərlik etdiyi təşkilatın 2000-ci ildən Avropa, 2002-ci ildən Dünya Tibb assosiasiyalarının üzvü seçildiyini bildirib və hazırda 5 mindən artıq həkimi öz ətrafında birləşdirdiyi barədə məlumat verib. Qeyd edilib ki, qurum həkimlərin peşəkarlığının artırılması, onların hüquq və maraqlarının qorunması, həmçinin əhalinin tibbi maarifləndirilməsinə xidmət edir.

Konfransda Avropa Tibb Assosiasiyaları Forumunun baş katibi Leah Vapner və Dünya Tibb Assosiasiyasının baş katibi Otmar Kloiber çıxış edərək forumun 33-cü illik konfransının paytaxtımızda keçirilməsinin əhəmiyyətini vurğulayıblar. Səhiyyə sahəsində həyata keçirilən beynəlxalq islahatlar və Avropa ölkələrində qazanılmış təcrübənin Azərbaycanda da tətbiq edilməsinin vacibliyi qeyd edilib. 

Milli Məclisin deputatı, tibb elmləri doktoru Rəşad Mahmudov ölkəmizin irimiqyaslı beynəlxalq tədbirlərə evsahibliyi etməsindən və səhiyyənin inkişafı üçün həmin tədbirlərin oynadığı rol, ölkə səhiyyəsində həyata keçirilən islahatlar, icbari tibbi sığortanın tətbiqi sahəsində görülən işlərdən danışıb.

Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyasının hazırladığı anadangəlmə ürək qüsurları olan uşaqların müalicəsinə həsr edilən  “Ürəklər susmasın” qısametrajlı sosial çarx nümayiş olunub.

İki gün davam edəcək konfransda 25 ölkədən gəlmiş həkimlərin məruzələri dinləniləcək.