01 Iyun 2018 12:06
1486
ELANLAR
A- A+

“Son iclas”ın Bakı Ali Neft Məktəbində təqdimatı keçirilib

 

Bakı Ali Neft Məktəbində (BANM) Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə BANM-ın rektoru Elmar Qasımov, BP-nin əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, ali məktəbin professor-müəllim heyəti və tələbələri iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.

Tədbiri açan BANM-ın rektoru Elmar Qasımov 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk demokratik dövlət olan AXC-nin Azərbaycan xalqının tarixində önəmli mərhələ olduğunu qeyd edərək, məhz həmin dövrdə ölkədə qadınlara seçib-seçilmək hüququnun verildiyini vurğulayıb. Elmar Qasımov həmçinin qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilməsi, ölkə rəhbərinin  Azərbaycan tarixinə olan ehtiramının və onun bütün dünyaya çatdırılmasına verdiyi önəmin və diqqətin təzahürüdür. 

Tədbirdə iştirak edən BP-nin əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli AXC-nin 100 illiyinin ölkəmiz üçün böyük tarixi əhəmiyyətli hadisə olduğunu qeyd edib. Vitse-prezident Azərbaycanın uzunmüddətli və etibarlı tərəfdaşı kimi BP şirkətinin ölkənin tarixi və milli dəyərlərinə hörmətlə yanaşdığını və bu istiqamətdə atılan addımları hər zaman dəstəklədiyini bildirib. O, şirkətin AXC-nin 100 illiyinə həsr olunmuş “Son iclas” bədii-sənədli filminin sponsoru olduğunu qeyd edib və BP-nin xalqın tarixini, qürur hissini paylaşan ekran əsərinin ərsəyə gəlməsində rolu olduğuna görə şərəf duyduğunu söyləyib.

Tədbirdə BANM-ın təşkilatçılığı ilə həyata keçirilmiş AXC-nin 100 illik yubileyinə həsr olunmuş respublika elmi konfransına müxtəlif universitetlərdən məqalə təqdim etmiş 40-dan çox tələbə mükafatlandırılıb, onlara müxtəlif hədiyyələr təqdim edilib.

Sonra Heydər Əliyev Fondunun və BP Azərbaycan şirkətinin sponsorluğu ilə Bakı Media Mərkəzi tərəfindən hazırlanan və AXC-nin 100 illiyinə həsr edilən “Son iclas” bədii-sənədli filmi nümayiş olunub. Baş prodüseri Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyeva olduğu film AXC-nin son günlərində baş verən hadisələrdən bəhs edir. Filmin BANM-da nümayiş etdirilməsinin əsas məqsədi cəmi 23 ay mövcud olmuş AXC-nin keşməkeşli tarixini, onun hansı çətin şəraitdə fəaliyyət göstərdiyini gənc nəslə çatdırmaq idi.

 

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video