Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk muhammet ali özer

Alternative content

23:44 18 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan və Monqolustanın elmlər akademiyaları arasında əməkdaşlıq haqqında saziş imzalanıb
Azərbaycan və Monqolustanın elmlər akademiyaları arasında əməkdaşlıq haqqında saziş imzalanıb
ANA SƏHİFƏ / Elm və texnika
08:05 31.05.2018

Mayın 31-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində Monqolustan Elmlər Akademiyasının (MEA) prezidenti, professor Duqer Reqdelin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Akademiyadan AZƏRTAC-a bildiriblər ki, görüşdə AMEA ilə MEA arasında elmi əlaqələrin inkişafına dair müzakirələr aparılıb və əməkdaşlıq haqqında saziş imzalanıb.

AMEA-nın prezidenti, akademik Akif Əlizadə rəhbərlik etdiyi elm ocağının yaranma tarixi və əsas fəaliyyət istiqamətləri haqqında qonağa məlumat verib. Bildirib ki, 70 ildən çox yaşı olan bu qurum uzun illər ərzində ölkə elminin inkişafına mühüm töhfələr verib, çoxlu alim və mütəxəssislər yetişdirib. Akademik bu gün yeni bir inkişaf mərhələsinə qədəm qoyan AMEA-da dünya elminin prioritet istiqamətlərində araşdırmaların aparıldığını, dünyanın nüfuzlu elm mərkəzləri və ali məktəbləri ilə əməkdaşlıq əlaqələrinin qurulduğunu diqqətə çatdırıb. AMEA-da yeni yaradılmış Elm Tarixi İnstitutu haqqında məlumat verən A.Əlizadə bu elmi müəssisədə elmlərin tarixinin araşdırılması, onların multidissiplinar təhlilinin verilməsi, elm tarixinin nəzəri və metodoloji problemlərinin əsaslandırılmasının nəzərdə tutulduğunu bildirib. Qeyd edilib ki, yeni elmi müəssisələrdən olan Qafqazşünaslıq İnstitutunda isə Qafqaz ölkələrinin daxilində baş verən sosial-iqtisadi, siyasi və s. proseslər, onların ölkəmizə təsiri, Qafqaz ölkələrinin xarici siyasəti və onun Azərbaycana təsiri istiqamətlərində tədqiqatlar aparılır.

Akademik A.Əlizadə uzun illərdən bəri ölkəmizdə vulkanların öyrənilməsi ilə bağlı araşdırmaların aparıldığını, bütün dünya üzrə üç mindən çox vulkanın siyahıya alındığını diqqətə çatdırıb. Qonağı Azərbaycanın qədim ərazilərindən olan Qobustanla tanış olmağa dəvət edib.

Sonra MEA-nın prezidenti D.Reqdel rəhbərlik etdiyi qurum haqqında məlumat verib. O, əsası 1961-ci ildə qoyulan MEA-da elmin müxtəlif sahələrində araşdırmaların aparıldığını, mühüm nəticələrin əldə olunduğunu, eləcə də dünyanın bir sıra elm mərkəzləri ilə əməkdaşlığın qurulduğunu diqqətə çatdırıb.

D.Reqdel Azərbaycanda fəaliyyət göstərən alim və mütəxəssislərlə elmi əlaqələrin təşkili və inkişafında maraqlı olduqlarını deyib, bu istiqamətdə dəstək göstərməyə hazır olduğunu bildirib.

Görüşdə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli hər iki qurum arasında humanitar elmlərlə bağlı birgə tədqiqatların yerinə yetirilməsinin məqsədəuyğun olduğunu vurğulayıb. Xüsusilə ədəbiyyat, neft, iqtisadiyyat, arxeologiya sahəsində kadr və təcrübə mübadiləsinin aparılmasının zəruriliyini qeyd edib. Bildirib ki, əməkdaşlıq haqqında saziş qeyd olunan istiqamətlərdə kompleks şəkildə araşdırmaların aparılması və elmi yeniliklərin əldə edilməsinə imkan yaradacaq.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM