Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk muhammet ali özer

Alternative content

15:21 18 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
01:29 18.11.2018 Qubanın var alması
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Port Baku Mall”un bədii qalereyasında məşhur dizayner Kirill İstominin şəxsi sərgisi açılıb
“Port Baku Mall”un bədii qalereyasında məşhur dizayner Kirill İstominin şəxsi sərgisi açılıb
ANA SƏHİFƏ / Mədəniyyət
01:05 31.05.2018

Sərgidə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəsmləri də nümayiş olunur

 

Mayın 30-da Bakı Şopinq Festivalı çərçivəsində “Port Baku Mall”un bədii qalereyasında dünyanın ən məşhur interyer dizaynerlərindən olan Kirill İstominin “LivingwithArt” adlı şəxsi sərgisinin açılışı olub.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tədbirdə iştirak edib.

AZƏRTAC xəbər verir ki, Kirill İstominin “LivingwithArt” adlı şəxsi sərgisində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəsmləri də nümayiş olunur. Leyla Əliyevanın sərginin mərkəzində quraşdırılan guşədə nümayiş olunan rəsmləri böyük maraqla qarşılanır.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva fəal sosial və ictimai fəaliyyəti ilə yanaşı, yaradıcılıq sahəsində də böyük uğurlara imza atıb və dünyada tanınıb. Onun yaratdığı əsərlər bu sahənin tanınmış nüfuzlu mütəxəssisləri tərəfindən yüksək qiymətləndirilib. Leyla Əliyevanın əsərləri dünyanın Paris, Berlin, London, Moskva kimi mədəniyyət mərkəzlərindən sayılan şəhərlərdə nümayiş olunub.

2002-ci ildə yaradılmış “Kirill Istomin Interior Design & Decoration” bu gün daxili dizayn və dekorasiya sahəsində dünyada lider mövqeyə malik yaradıcı təşkilatlardan biridir. Onun layihələri bütün dünyada həyata keçirilir və böyük maraqla qarşılanır. İndiyədək Kirill İstominin əsərləri Paris, Cenevrə, London, Nyu-York, Los-Anceles, Sankt-Peterburq, Moskva və Alma-Atıda, həmçinin Fransanın və İtaliyanın turizm bölgələrində nümayiş olunub. Şirkətin təsisçisi Kirill İstomin “AD” və “ElleDecoration” jurnallarının versiyalarına görə, dünyanın ən yaxşı dekorçulardan biridir. Sərgidə nümayiş olunan fotoların müəllifləri dünyanın ən yaxşı interyer fotoqraflarıdır. Burada, həmçinin xüsusi olaraq Bakı üçün yaradılan və Azərbaycan motivləri əsasında quraşdırılan interyer, dizayn studiyasının bütün dünyada reallaşdırdığı fotolayihələr təqdim edilir.

Ümumilikdə, şirkət daxili memarlığın yaradılması, fərdi yaşayış binalarının və nümayəndəlik ofislərinin daxili dizaynından tutmuş, otaqların dekorasiyası və yenilənməsinədək müxtəlif miqyaslı layihələr üzərində işləyir. Hər bir obyekt üçün xüsusi mebel, divar kağızları və parçalar hazırlanır, eksklüziv stol və yataq dəstləri, aksesuarlar sifariş edilir, həmçinin nadir sənət əşyaları seçilir.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM