Alternative content

15:20 23 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycanda kişilərin 35,5 faizi siqaret çəkir
Azərbaycanda kişilərin 35,5 faizi siqaret çəkir
ANA SƏHİFƏ / Səhiyyə
01:05 31.05.2018

Dünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə 1988-ci ildən etibarən mayın 31-i Dünya Tütünsüz Günü kimi qeyd edilir. Həmin günün əsas hədəfi ictimaiyyətin diqqətini bu problemə yönəldərək tütünün orqanizmə vurduğu zərər barəsində ictimaiyyəti maarifləndirməkdən ibarətdir.

AZƏRTAC xəbər verir ki, dünya ictimaiyyəti qarşısına XXI əsrdə tütünçəkməyə son qoyulmasına nail olmaq vəzifəsi qoyulmuşdu, lakin təəssüf ki, hələ də bu mümkün olmayıb. Tütünlə mübarizə davam edir. Dünya Tütünsüz Günün başlıca hədəflərindən biri indiki və gələcək nəsilləri nəinki fəlakətli nəticələrdən, həmçinin tütündən istifadə və tütün tüstüsünün təsiri ilə əlaqədar sosial, ekoloji və iqtisadi fəlakətlərdən qorumaqdır. Tütündən istifadə edilməsi ölüm hallarının artmasına və Dünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyanın yaşlı sakinləri arasında hər on nəfərdən birinin ölümünə səbəb olur. Yenə də həmin mənbənin məlumatına əsasən, tütün çəkilməsi 25-dən artıq xəstəliyi, o cümlədən ürək-damar, ağciyər və onkoloji xəstəliklərin yaranmasına səbəb olur. Hər il “tütün epidemiyası”ndan altı milyona yaxın, tütün tüstüsündən isə 600 min insan vəfat edir. Hesablamalara görə belə davam etsə, 2030-cu ildə bu pis vərdiş səbəbindən vəfat edənlərin sayı 8 milyona çatacaq.

Ölkəmiz 2005-ci ildən tütünlə mübarizə üzrə konvensiyaya qoşulub və ötən ilin axırlarında Milli Məclisdə tütündən istifadə edilməsini məhdudlaşdıran qanun qəbul olunub. Dövlət Statistika Komitəsinin məlumatına görə, ölkəmizdə kişilərin 35,5 faizi siqaret çəkir. Müstəqil araşdırma və sorğu təşkilatlarının apardığı tədqiqatlara görə, 18-49 yaş arasında olanların 50 faizi bu zərərli vərdişin aludəçisidir. Yenə də həmin mənbələrin apardığı araşdırmalara görə, qadın və uşaqların 41 faizi passiv siqaret çəkməyə məruz qalır. 13-15 yaşlı məktəblilər arasında aparılan sorğu göstərib ki, onların 10,8 faizi siqaretin dadından xəbərdardır.

Müxtəlif ölkələrin sakinləri arasında aparılan sorğulara əsasən bəlli olub ki, tütündən istifadə edənlərin üçdə ikisi siqaretin zərərli təsirindən xəbərsizdir. Hazırda həmin asılılıqdan xilas olmağın müxtəlif üsullarla müalicəsi var və istənilən yaşda ondan imtina etmək mümkündür.