Alternative content

01:31 20 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Rusiya-2018”: Panama millisi ilkin heyətini açıqlayıb
“Rusiya-2018”: Panama millisi ilkin heyətini açıqlayıb
ANA SƏHİFƏ / İDMAN
01:05 31.05.2018

Futbol üzrə Panama millisinin Rusiyada keçiriləcək dünya çempionatı üçün ilkin heyəti açıqlanıb.

AZƏRTAC xəbər verir ki, baş məşqçi Ernan Dario Qomez 23 futbolçuya dəvət göndərib.

Heyətdə qapıçılar - Xose Kalderon (“Corrilyo”, Panama), Xayme Penedo (“Dinamo”, Rumıniya), Aleks Rodriqez (“San Francisko”, ABŞ), müdafiəçilər – Felip Baloy (“Munisipal”, Qvatemala), Xarold Kaminqs (“San Xose”, ABŞ), Erik Davis (“Dunayska Streda”, Slovakiya), Fidel Eskobar (“Nyu York Red Bull”, ABŞ), Adolfo Macado (“Xyusten”, ABŞ), Mixayel Murillo (“Nyu York Red Bull”, ABŞ), Luis Ovale (“Olimpiya”, Qonduras), Roman Torres (“Sietl”, ABŞ), yarımmüdafiəçilər – Edqars Barsenas (“Tapacula”, Meksika), Armando Kuper (“Universidad De Çili”, Çili), Anibal Godoy (“San Xose”, ABŞ), Qabriel Qomez (“Bucaramanqa”, Kolumbiya), Valentin Pimentel (“Plasa Amador”,Panama), Alberto Kintero (“Universitariyo”, Peru), Xose Luis Rodriqez (“Genk”, Belçika), hücumçular - Abdiyel Aroyo (“Alaxuyelens”, Kosta Rika), Ismayel Diaz (“Deportivo”, İspaniya), Blas Perez (“Monisipal”, Qvatemala), Luis Texada (“Sport Boys”, Peru), Gabriel Torres (“Uacipato”, Çili) yer alıblar.

Qeyd edək ki, Panama yığması dünya çempionatında Belçika, İngiltərə və Tunis ilə eyni qrupda mübarizə aparacaq.