31 May 2018 12:05
413
Qanunlar
A- A+

Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində dəyişikliklər edilməsi haqqında

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 6-cı bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsini “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 20 oktyabr tarixli 816-VQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:

Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (III kitab), maddə 586, № 12, maddə 835; 2001, № 7, maddə 455; 2002, № 1, maddə 9, № 5, maddələr 237, 240, 244, № 8, maddə 463; 2004, № 6, maddə 399; 2005, № 4, maddə 278; 2006, № 11, maddə 929; 2007, № 8, maddə 756, № 11, maddə 1049, № 12, maddələr 1197, 1218; 2008, № 6, maddə 462, № 7, maddələr 602, 607; 2010, № 3, maddə 171,   № 4, maddə 275, № 7, maddə 591; 2011, № 2, maddələr 70, 71, № 6, maddə 473, № 7, maddə 600, № 12, maddə 1107; 2012, № 5, maddə 406, № 11, maddələr 1056, 1063; 2013, № 8, maddə 889; 2015, № 10, maddə 1107,  № 11, maddə 1271; 2016, № 6, maddələr 981, 1000; 2017, № 6, maddə 1058, № 12 (I kitab), maddə 2268) aşağıdakı dəyişikliklər edilsin:

1. 26-cı maddəyə “islah işləri” sözlərindən sonra “, azadlığın məhdudlaşdırılması” sözləri əlavə edilsin.

2. 38.2-ci maddəyə “uyğun olaraq cəzanın” sözlərindən sonra “azadlığın məhdudlaşdırılması və ya” sözləri əlavə edilsin.

3. 51.4-cü maddədə “qəsdən” sözü “qərəzli” sözü ilə əvəz edilsin, həmin maddəyə “hissəsinin” sözündən sonra “azadlığın məhdudlaşdırılması və ya” sözləri əlavə edilsin.

4. 133-cü maddənin adında və mətnində “qazancından” sözü “aylıq pul təminatından” sözləri ilə əvəz edilsin.

5. 159.1-ci maddə aşağıdakı redaksiyada verilsin:

“159.1. Hökmlə məhkumun xüsusi və ya hərbi rütbədən, fəxri addan, yaxud dövlət təltifindən məhrum edilməsi haqqında məsələ nəzərdə tutulduğu halda, məhkumun müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş ali xüsusi və ya ali hərbi rütbədən, yaxud fəxri addan və ya dövlət təltifindən məhrum edilməsi məsələsinə baxılması üçün bu barədə təqdimat və məhkəmə hökmünün surəti müvafiq icra hakimiyyəti orqanına, digər dövlət orqanı tərəfindən verilmiş xüsusi və ya hərbi rütbədən, yaxud təltifdən məhrum edilməsi hallarında isə bu barədə məhkəmə hökmünün surəti icra olunması üçün həmin orqana göndərilir.”.

6. 172-ci maddə üzrə:

6.1. adı aşağıdakı redaksiyada verilsin:

“Hamilə qadınlar və azyaşlı uşaqları olan şəxslər tərəfindən cəzanın çəkilməsinin təxirə salınması”;

6.2. 172.1-ci maddədə “və azyaşlı uşaqları” sözləri “və ya on dörd yaşına qədər uşağı” sözləri ilə və hər iki halda “səkkiz” sözü “on dörd” sözləri ilə əvəz edilsin;

6.3. 172.2-ci (hər iki halda) maddədə, 172.3-cü maddənin birinci cümləsində (hər iki halda), 172.4-cü maddənin birinci cümləsində (hər iki halda), 172.5-ci (hər iki halda), 172.6-cı (hər iki halda), 172.7-ci (hər iki halda) və 172.8-ci (hər iki halda) maddələrdə “səkkiz” sözü “on dörd” sözləri ilə əvəz edilsin.

7. 173-cü maddə üzrə:

7.1. adı aşağıdakı redaksiyada verilsin:

“Hamilə qadınların və azyaşlı uşaqları olan şəxslərin cəzanın çəkilməsinin təxirə salınması şərtlərinə riayət etməmələrinin nəticələri”;

7.2. 173.1-ci (hər iki halda), 173.2-ci (hər iki halda) maddələrdə və 173.4-cü maddənin birinci cümləsində “səkkiz” sözü “on dörd” sözləri ilə əvəz edilsin.

8. 176.4-cü maddədə “səkkiz” sözü “on dörd” sözləri ilə əvəz edilsin.

9. 178.5-ci və 182.2-ci maddələrə “boyun qaçırdıqda” sözlərindən sonra “, o cümlədən elektron nəzarət vasitəsini gəzdirməkdən imtina etdikdə, onu zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda, yaxud həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmədikdə” sözləri əlavə edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 1 may 2018-ci il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video