Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk muhammet ali özer

Alternative content

08:58 21 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Əbülfəs Qarayev: Azərbaycanda mədəni turizmin inkişafı üçün böyük potensial var
Əbülfəs Qarayev: Azərbaycanda mədəni turizmin inkişafı üçün böyük potensial var
ANA SƏHİFƏ / Mədəniyyət
05:05 30.05.2018

Mayın 30-da mədəniyyət naziri Əbülfəs Qarayev Avropa Tarixi Termal Şəhərlər Assosiasiyasının prezidenti Giuseppe Bellandi ilə görüşüb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Şabran rayonundakı “Qalaaltı” kurortunda Avropa Tarixi Termal Şəhərlər Assosiasiyası (EHTTA) Baş Assambleyasının “Termal şəhərlər” beynəlxalq mədəni marşrutunun növbəti konfransı çərçivəsində keçirilən görüşdə qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunub.

Görüş zamanı Əbülfəs Qarayev ölkəmizin turizm potensialı haqqında geniş məlumat verib. Nazir bildirib ki, son illər həyata keçirilən tədbirlər nəticəsində Azərbaycanda bir çox turizm növləri inkişaf etdirilib: “Qədim mədəniyyətə və tarixə sahib olan ölkəmiz mədəni irs nümunələri ilə də olduqca zəngindir. Bu baxımdan mədəni turizmin inkişafı üçün də böyük potensialımız var. Bu turizm növünü inkişaf etdirmək üçün bir sıra yerli və beynəlxalq turizm marşrutları fəaliyyət göstərir. Bu xüsusda, “Böyük İpək yolu”, “Aleksandr D üma Qafqazda”, “Azərbaycanda şərab yolu”, “Azərbaycanda alman izləri” və başqa beynəlxalq turizm marşrutları fəaliyyət göstərir”, - deyə nazir bildirib.

Nazir Avropa Tarixi Termal Şəhərlər Assosiasiyası Baş Assambleyasının “Termal şəhərlər” beynəlxalq mədəni marşrutunun növbəti konfransının ölkəmizdə keçirilməsinin əhəmiyyətini yüksək qiymətləndirib. Vurğulanıb ki, digər sahələrdə olduğu kimi, ölkəmizdə mədəniyyətin, turizmin inkişafı üçün də beynəlxalq əməkdaşlığa xüsusi önəm verilir. Əbülfəs Qarayev ümidvar olduğunu bildirib ki, Avropa Tarixi Termal Şəhərlər Assosiasiyası ilə əməkdaşlıq daha da inkişaf edəcək.

EHTTA-nın prezidenti Giuseppe Bellandi “Termal şəhərlər” beynəlxalq mədəni marşrutunun növbəti konfransının Azərbaycanda keçirilməsinə göstərilən dəstəyə görə minnətdarlığını ifadə edib. O, tədbirdə EHTTA-nın yüksək səviyyəli nümayəndələrinin, müalicəvi turizm imkanları geniş olan xarici ölkələrin təmsilçilərinin iştirakının önəmini vurğulayıb. Ölkəmizlə əlaqələrin daha da genişləndirilməsində maraqlı olduğunu deyən assosiasiya prezidenti buna Azərbaycanın zəngin mədəni irsi və böyük turizm potensialının geniş imkanlar açdığını diqqətə çatdırıb.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM