Alternative content

13:04 21 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Mirzə Ələkbər Sabirin xatirəsi ürəklərdə yaşayır
Mirzə Ələkbər Sabirin xatirəsi ürəklərdə yaşayır
ANA SƏHİFƏ / Mədəniyyət
05:05 30.05.2018

Mayın 30-da Cəlil Məmmədquluzadənin ev-muzeyinin təşkilatçılığı ilə Bakıdakı Mirzə Ələkbər Sabirin xatirə günü keçirilib.

AZƏRTAC xəbər verir ki, görkəmli şairin adını daşıyan bağda keçirilən tədbirdə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Mirzə Ələkbər Sabirin yaradıcılığından onun xatirəsinə göstərilən dövlət qayğısından, şairə xalq məhəbbətindən söhbət açılıb.

Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əməkdar Müəllim Oqtay Rza 1961-ci ildən başlayaraq hər il şairin doğum günündə keçirilən Sabir poeziya günlərinin, anım mərasimlərinin əhəmiyyətindən, Sabirə ümumxalq məhəbbətindən və onun xatirəsinin daim xalqımız tərəfindən geniş qeyd olunmasından danışıblar.

Tədbirdə Cəlil Məmmədquluzadənin ev-muzeyinin böyük elmi işçisi Yeganə Məmmədova, elmi işçisi Fazilə Hümmətova, şairə-publisist Zərəngiz Qayalı, Əməkdar Müəllim Məlahət Babakişiyeva və digərləri görkəmli şairin öz əsərləri ilə Azərbaycan ədəbiyyatını yalnız məzmunca deyil, formaca da zənginləşdirdiyini bildiriblər. Onun zəngin bədii irsinin, o cümlədən “Molla Nəsrəddin” jurnalında nəşr etdirdiyi mənzumələrin nəinki Azərbaycanda, Yaxın və Orta Şərqdə ədəbi-ictimai fikrin, inqilabi-demokratik hərəkatın inkişafına qüvvətli təsir göstərdiyini söyləyiblər.

Sonda Bakıdakı 20 və 150 nömrəli orta məktəblərin şagirdlərinin və “Aytam” Uşaqların Mədəni Maariflənməsi İctimai Birliyinin üzvlərinin ifasında Sabirin şeirləri səsləndirilib.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM