Alternative content

07:53 26 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Misir Ərəb Respublikası Nümayəndələr Palatasının Din və Vəqflər İşləri Komitəsinin sədri, Misir-Azərbaycan Parlamentlərarası dostluq qrupunun rəhbəri professor Dr.Üsəmə əl-Abddan
Misir Ərəb Respublikası Nümayəndələr Palatasının Din və Vəqflər İşləri Komitəsinin sədri, Misir-Azərbaycan Parlamentlərarası dostluq qrupunun rəhbəri professor Dr.Üsəmə əl-Abddan
ANA SƏHİFƏ / Məktublar
04:05 30.05.2018


Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Xalqınızın milli bayramı və Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə Misir parlamentinin dostluq qrupunun üzvləri adından və şəxsən öz adımdan Sizə səmimi qəlbdən təbriklərimi çatdırmaqdan məmnunluq duyuruq. Qardaş Azərbaycan xalqının istək və arzularını həyata keçirmək yolunda Sizə cansağlığı, xoşbəxtlik və müvəffəqiyyətlər arzu edirik.

Cənab Prezident, Sizin dost Azərbaycan Respublikasına rəhbərlik etdiyiniz dövrdə uğurlu islahatların, həmçinin ölkənizdə və beynəlxalq müstəvidə səylərinizin Azərbaycanın beynəlxalq mövqeyini, birlik və müstəqilliyini gücləndirməsinin şahidiyik. Sizin Azərbaycanın milli, mədəni və dini plüralizm dəyərlərinə göstərdiyiniz ehtiram nəticəsində Azərbaycan regionda və dünyada dinlər və sivilizasiyalararası dialoqun əsas mərkəzlərindən birinə çevrilmişdir.

Qardaş Azərbaycan xalqının mənafeyi naminə ölkənizin daha da inkişafı və tərəqqisi üçün Allahdan Sizə uğurlar diləyir, qardaş ölkənizə davamlı əmin-amanlıq və sülh arzumuzu çatdırırıq.

Misir və Azərbaycan parlamentləri arasında ikitərəfli əlaqələrin bütün sahələrdə daha da genişlənməsi üçün Allahın bizə yardımçı olmasını diləyirik.

Nəcib şəxsinizə olan iftixar və hörmətimizi ifadə edərək, hər iki dövlətin müdrik rəhbərlərinin dövründə qardaş ölkələrimizə inkişaf və rifah arzulayırıq.

 

Professor Dr.Üsəmə əl-Abd

Misir Ərəb Respublikası Nümayəndələr Palatasının

Din və Vəqflər İşləri Komitəsinin sədri,

Misir-Azərbaycan Parlamentlərarası dostluq qrupunun rəhbəri