Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk muhammet ali özer

Alternative content

15:18 18 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
01:29 18.11.2018 Qubanın var alması
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan millisi baş məşqçi Qurban Qurbanov rəhbərliyi altında ilk qələbəsini qazanıb
Azərbaycan millisi baş məşqçi Qurban Qurbanov rəhbərliyi altında ilk qələbəsini qazanıb
ANA SƏHİFƏ / İDMAN
11:05 29.05.2018

Mayın 29-da futbol üzrə Azərbaycan milli komandası baş məşqçi Qurban Qurbanovun rəhbərliyi altında ilk qələbəsini qazanıb. Azərbaycan və Qırğızıstan yığmaları Bakı Olimpiya Stadionunda yoldaşlıq oyununda üz-üzə gəliblər.

AZƏRTAC xəbər verir ki, türkiyəli baş hakim Ali Palabıyıkın idarə etdiyi oyuna daha fəal başlayan Azərbaycan millisi matçın 17-ci dəqiqəsində istəyinə nail olub. Maksim Medvedev başla topu Qırğızıstan yığmasının qapısından keçirib. Komandaların cəhdlərinə baxmayaraq birinci hissənin sonunadək hesab dəyişməyib. Matçın ilk hissəsi Azərbaycan millisinin minimal hesablı üstünlüyü ilə başa çatıb – 1:0.

Qarşılıqlı hücumlar şəraitində keçən oyunun 74-cü dəqiqəsində millimizin üzvü Mahir Mədətov ikinci topu rəqib qapısından keçirib. On dəqiqə sonra Ürfan Abbasov fərqlənərək hesab arasındakı fərqi artırıb. Bu, oyunda vurulan sonuncu qol olub.

Beləliklə, Azərbaycan millisi 3:0 hesablı qələbə qazanıb.

Bu, millimizin baş məşqçi Qurban Qurbanovun rəhbərliyi altında dördüncü sınağı və ilk qələbəsi olub. Milli komandamız bu görüşdən əvvəl Moldova və Makedoniya ilə heç-heçə edib, Belarus seçməsinə isə məğlub olub.

Qırğızıstanla yoldaşlıq oyunu millimizin üzvləri Mahir Mədətov və Ürfan Abbasov üçün əlamətdar olub. Belə ki, futbolçularımız Azərbaycan millisində qol hesablarını açıblar.

Qeyd edək ki, millimiz Qırğızıstanla oyundan sonra iyunun 5-də Qazaxıstan, iyunun 9-da isə Latviya yığması ilə səfərdə yoldaşlıq oyunu keçirəcək.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM