Alternative content

19:40 26 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV GUAM-ın baş katibi Altay Əfəndiyevdən
GUAM-ın baş katibi Altay Əfəndiyevdən
ANA SƏHİFƏ / Məktublar
06:05 29.05.2018

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Sizi və bütün Azərbaycan xalqını milli bayramınız – Respublika Günü və İslam dünyasında ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilat – GUAM-ın Katibliyi adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.

Azərbaycanın tarixində əlamətdar olan bu dövr xalqımızın milli məfkurəsinin inkişafı, milli kimliyinin formalaşması və dövlətin milli simvollarının qəbul edilməsində əsas rol oynayıb. Həmçinin bəşəri dəyərlər, demokratiya, azadlıq, plüralizm, inklüzivlik və bərabərlik kimi norma və prinsiplərə əsaslanan dövlətçilik və vətəndaşlıq ənənələrinin təməlini qoyub.

Bu heyrətamiz dövlət quruculuğu prosesinin qarşısı zorla və faciəvi şəkildə alınsa da, onun əsas ideyası bir neçə onilliklər sonra zəfər çalıb və reallaşıb.

Ümummilli lider Heydər Əliyevin əsas məqsədi və konsepsiyası olan müasir Azərbaycan bütün çətinliklərə və çağırışlara baxmayaraq, xalqın müstəqillik, öz taleyinə sahib çıxmaq və dünya birliyinin layiqli üzvü olmaq kimi ən böyük arzusunu bu gün uğurla həyata keçirir.

Hazırda Sizin rəhbərliyinizlə Azərbaycan iqtisadi cəhətdən dünyanın ən sürətlə inkişaf edən ölkələrindən biri olmaqla yanaşı, həm regional inkişaf və beynəlxalq əməkdaşlıq baxımından lokomotiv rolunu oynayır, həm də dünyada sülhün, təhlükəsizliyin, sabitliyin və dostluğun carçısı rolunda çıxış edir.

Azərbaycanın öz tərəfdaşları ilə birgə təşəbbüskarı və iştirakçısı olduğu strateji layihələr regionun geosiyasi coğrafiyasını və məzmununu tamamilə dəyişərək nəinki öz ölkəsinin, hətta onun sərhədlərindən kənarda yerləşən müttəfiqlərinin və tərəfdaşlarının suverenliyi və ərazi bütövlüyünü möhkəmləndirmək üçün əlverişli şərait yaradıb.

Zəngin tarixə və ənənələrə malik olan Azərbaycan bu gün mədəniyyətlərarası dialoqu, qarşılıqlı anlaşma, hörmət, tolerantlıq, birgəyaşayış, multikulturalizm və müxtəlifliyi təşviq edən bir çox layihələrin önündə gedir.

Qurucularından biri Azərbaycanın olduğu Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilat – GUAM-ın ortaq tarixə, çağırışlara və ümumi strateji maraqlara sahib olan dost ölkələri arasında regional əməkdaşlığın inkişafı, ərazi bütövlüyünün bərpası, həmçinin bu ölkələrin suverenliyinin və müstəqilliyinin möhkəmləndirilməsində Azərbaycanın yerini və rolunu biz yüksək dəyərləndiririk. Bütün bunlar əhəmiyyəti sürətlə artan bu strateji regionda GUAM-ı sülhün, təhlükəsizliyin, sabitliyin və əməkdaşlığın təşviqi üçün unikal və səmərəli bir regional platformaya çevirir.

Zati-aliləri, bu əlamətdar bayram münasibətilə Azərbaycanın gələcək inkişafı və tərəqqisi, onun müstəqilliyi və suverenliyinin möhkəmləndirilməsi istiqamətindəki fəaliyyətinizdə Sizə yeni-yeni uğurlar, xalqımıza isə əmin-amanlıq və rifah arzulayıram.

Dərin hörmətlə,

 

Altay Əfəndiyev

GUAM-ın baş katibi,

Ukrayna, Kiyev şəhəri