Alternative content

06:06 19 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
19.09.2018
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Baş dönməsi orqanizmdə gedən bir sıra dəyişikliklərin göstəricidir
Baş dönməsi orqanizmdə gedən bir sıra dəyişikliklərin göstəricidir
ANA SƏHİFƏ / Səhiyyə
05:05 29.05.2018

Əgər ilk dəfə, qəfildən ortaya çıxan baş gicəllənmələri varsa və bu hal davamlı xarakter alıbsa, yubanmadan həkimə müraciət etmək lazımdır. Bu hal bir hərəkət yanılmasıdır. Xəstəyə elə gəlir ki, ya özü, ya da ətrafı hərəkət edir. Baş gicəllənmələri müşahidə olunduqda çox vaxt insan özünü zəlzələ baş verdiyi vaxtdakı kimi hiss edir və ya “yer ayağımın altından qaçır” ifadəsini işlədir.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasının nevroloqu, tibb elmləri üzrə fəlsəfə doktoru Nuridə Tağıyeva universitetin mətbuat xidmətinə müsahibəsində bildirib.

Həkimin dediyinə görə, bu hal bədəndə baş verən bir sıra dəyişikliklərin göstəricisidir.

“Baş gicəllənmələri əsasən bədəndəki qanın həcmi, ürək ritmlərinin sürəti və qan təzyiqindəki dəyişikliklərlə əlaqədar yaranır. Həmçinin beynin alt və aşağı hissəsində yerləşən beyincik və daxili qulaqda yerləşən yarımdairəvi kanalların xəstəlikləri də baş dönməsinə və müvazinətin pozulmasına səbəb olur. Baş dönməsi miqrenin qabaqlayıcı əlaməti şəklində də rast gəlinə bilər”,-deyə nevroloq deyib.

Müayinə zamanı yanaşı gedən ürək bulanma, qusma, tərləmə, əl-ayaqda uyuşma, bulanıq görmə, gücsüzlük, qulaqda küy, eşitmənin azalması kimi əlamətlər xəstəliyin yaranma səbəbləri haqqında ilkin məlumat verir. Bununla yanaşı istifadə edilən bəzi dərman preparatları da baş dönməsinə səbəb ola bilər”.

Nevroloqun sözlərinə görə, xəstəliyin kəskin və ya yavaş-yavaş başlaması, davam etmə müddəti, şiddətli baş dönməsinin mərkəzi və ya periferik səbəblərini fərqləndirmək üçün ipucu verir: “Həmin problemləri yaşayan xəstələrin həkimə vaxtında müaricət etməsi ürək-damar sistemi xəstəlikləri, beyin şişləri, kistlər, miqren, dağınıq skleroz kimi bir çox xəstəliyin vaxtında diaqnoz qoyulması və müalicəsi baxımından çox vacibdir”.