Alternative content

12:10 22 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Heydər Əliyev Beynəlxalq Aeroportunda Milli Oftalmologiya Mərkəzi ilə birgə humanitar aksiya keçirilib
Heydər Əliyev Beynəlxalq Aeroportunda Milli Oftalmologiya Mərkəzi ilə birgə humanitar aksiya keçirilib
ANA SƏHİFƏ / Səhiyyə
05:05 29.05.2018

Mayın 29-da Heydər Əliyev Beynəlxalq Aeroportunda “Azərbaycan Hava Yolları” (AZAL) və akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunan birgə aksiyası keçirilib.

Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, oftalmoloqlar, anestezioloqlar, həkim-rezidentlər, tibb bacıları və mərkəzin texniki heyətindən ibarət səyyar briqada Bakı hava limanının işçilərini müayinə ediblər.

Belə aksiyalar mütəmadi xarakter daşıyır və Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında səhiyyə sahəsində həyata keçirilən layihələrin tərkib hissəsidir.

Ən müasir tibbi avadanlıqlarla təchiz olunmuş akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin səyyar klinikası 2005-ci ildə yaradılıb. Mərkəzin səyyar klinikası ötən dövr ərzində ölkənin bir çox şəhər və rayonlarında vətəndaşların müayinə və müalicəsini həyata keçirib. 26 mindən çox müayinə, 3000-ə yaxın xəstədə cərrahi əməliyyat icra olunub.