Alternative content

12:54 21 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Prezident İlham Əliyev Qaz İxrac Edən Ölkələr Forumunun baş katibini qəbul edib
Prezident İlham Əliyev Qaz İxrac Edən Ölkələr Forumunun baş katibini qəbul edib
ANA SƏHİFƏ / Qəbullar
03:05 29.05.2018

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 29-da Qaz İxrac Edən Ölkələr Forumunun baş katibi Yuri Sentyurini qəbul edib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Qaz İxrac Edən Ölkələr Forumunun baş katibi Yuri Sentyurinə Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimində iştirakına görə minnətdarlığını bildirdi.

Qaz İxrac Edən Ölkələr Forumunun baş katibi Yuri Sentyurin Cənub Qaz Dəhlizinin rəsmi açılışının əhəmiyyətini qeyd etdi və bu tədbirə dəvətə görə minnətdarlığını bildirdi. O, Bakıya bu səfəri zamanı inanılmaz inkişafın şahidi olduğunu qeyd etdi.

Dövlətimizin başçısı Azərbaycan ilə Qaz İxrac Edən Ölkələr Forumu arasında uğurlu əməkdaşlıq həyata keçirildiyini vurğuladı.

Yuri Sentyurin Azərbaycanın Qaz İxrac Edən Ölkələr Forumuna müşahidəçi qismində qoşulmasından keçən dövr ərzində ölkəmizin təşkilatın fəaliyyətinin gücləndirilməsinə öz töhfəsini verdiyini xüsusi qeyd etdi.

Söhbət zamanı əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.