Alternative content

19:54 22 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Dünya çempionu olacaqları təqdirdə braziliyalı futbolçular bir milyon dollar mükafat alacaqlar
Dünya çempionu olacaqları təqdirdə braziliyalı futbolçular bir milyon dollar mükafat alacaqlar
ANA SƏHİFƏ / İDMAN
02:05 28.05.2018

Braziliya Futbol Federasiyası (CBF) milli komandanın Rusiyada keçiriləcək dünya çempionatında qalib gələcəyi təqdirdə yığmanın oyunçularının və məşqçilərinin təltif olunması üçün 35 milyon dollarlıq mükafat fondunun nəzərdə tutulduğunu açıqlayıb.

AZƏRTAC xəbər verir ki, dünya çempionu olacaqları təqdirdə braziliyalı futbolçulara və komandanın məşqçilər heyətinin üzvlərinə adambaşına bir milyon dollar mükafat veriləcək.

Bu, futbol üzrə dünya çempionatlarının tarixində indiyədək nəzərdə tutulan ən yüksək məbləğdir.