Alternative content

19:56 22 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Ağır atletika üzrə yeniyetmələr arasında Azərbaycan birinciliyi başa çatıb
Ağır atletika üzrə yeniyetmələr arasında Azərbaycan birinciliyi başa çatıb
ANA SƏHİFƏ / İDMAN
05:05 27.05.2018

Mayın 25-27-də Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasında 15 və 17 yaşadək yeniyetmə oğlan və qızlar arasında keçirilən Azərbaycan birinciliyi başa çatıb.

AZƏRTAC xəbər verir ki, körpücük üzərinə son olaraq yaşı 17-yə qədər olan oğlanlar arasında çəkisi 77, 85, 94 və +105 kiloqram olan atletlər çıxıblar.

77 kiloqram çəki dərəcəsində toplam 275 kiloqram (125+150) nəticə ilə Füqan Əliyev, 85 kiloqram çəki dərəcəsində toplam 307 kiloqram (137+170) nəticə ilə Tarmenxan Babayev, 94 kiloqram çəki dərəcəsində toplam 110 kiloqram (50+60) nəticə ilə Nəsib Yusifov, +105 kiloqram çəki dərəcəsində isə toplam 295 kiloqram (133+162) nəticə ilə Həsənbəy Həsənzadə qızıl medal əldə ediblər.

Yarışda ölkənin bütün şəhər və rayonlarından idman cəmiyyətləri, klubları, mərkəzləri, UGİM-lərini təmsil edən 150-yə yaxın gənc atlet iştirak edib. Birinciliyin keçirilməsində məqsəd ölkənin ən güclü yeniyetmə atletlərinin müəyyən edilməsi, ağır atletika idman növünün təbliğ və inkişaf etdirilməsi, dostluq əlaqələrinin möhkəmləndirilməsi, idmançıların ustalıq səviyyəsinin artırılması, həmçinin qarşıdakı beynəlxalq yarışlara hazırlıq və seçimdir.