Alternative content

03:25 14 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan Prezidenti İlham Əliyev Fransanın Avropa və xarici işlər nazirini qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev Fransanın Avropa və xarici işlər nazirini qəbul edib
ANA SƏHİFƏ / Qəbullar
12:05 27.05.2018

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 27-də Fransa Respublikasının Avropa və xarici işlər naziri Jan-İv Lö Drianı qəbul edib.

AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan ilə Fransa arasında dostluq əlaqələrinin siyasi, iqtisadi və digər sahələrdə uğurla inkişaf etdiyi vurğulandı, fransız şirkətlərinin ölkəmizdə uzun illər səmərəli fəaliyyət göstərdikləri, Azərbaycanda nəqliyyat, kosmik sənaye, infrastruktur, kənd təsərrüfatı və digər sahələrdə bir çox layihələri uğurla icra etdikləri qeyd olundu. Fransız şirkətlərinin Azərbaycanda fəaliyyətlərindən razılıq hissi keçirdikləri diqqətə çatdırıldı.

Söhbət zamanı energetika sahəsində əməkdaşlıq məsələləri də müzakirə edildi. Cənub Qaz Dəhlizinin icrasının önəmi qeyd olundu, SOCAR-la TOTAL şirkəti arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi vurğulandı. Humanitar sahədə əməkdaşlıq məsələlərinə də toxunularaq Bakıda fransız liseyinin fəaliyyətinin bu sahədə əməkdaşlığın möhkəmləndirilməsi işinə töhfə verdiyi qeyd olundu.

Fransanın Avropa və xarici işlər naziri Jan-İv Lö Drian Fransız-Azərbaycan universitetinin yaradılmasına görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi.

Prezident İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanın mövqeyini diqqətə çatdırdı. Dövlətimizin başçısı qeyd etdi ki, Azərbaycanın mövqeyi bu münaqişənin tezliklə beynəlxalq hüquq və norma prinsipləri əsasında ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllindən ibarətdir.

Səmimi şəkildə keçən görüşdə Azərbaycan ilə Fransa arasında gələcək çoxşaxəli əməkdaşlığın müxtəlif aspektləri müzakirə edildi.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM