Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk muhammet ali özer

Alternative content

10:56 18 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
01:29 18.11.2018 Qubanın var alması
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Miniatür Kitab Muzeyində “Elmira Axundova. Möhtəşəm layihələr” nəşrinin təqdimatı olub
Miniatür Kitab Muzeyində “Elmira Axundova. Möhtəşəm layihələr” nəşrinin təqdimatı olub
ANA SƏHİFƏ / Mədəniyyət
03:05 27.05.2018

 

Mayın 25-də Miniatür Kitab Muzeyində Qalina Mikeladzenin “Elmira Axundova. Möhtəşəm layihələr” miniatür kitabının təqdimat mərasimi keçirilib. AZƏRTAC xəbər verir ki, təqdimatda Milli Məclisin deputatları, tanınmış yazıçılar və jurnalistlər, Elmira Axundovanın qələm dostları, ziyalılar iştirak ediblər.

Muzeyin təsisçisi və yaradıcısı, əməkdar mədəniyyət işçisi Zərifə Salahova mərasimdə çıxış edərək Elmira Axundovanın, sözün həqiqi mənasında, əsl jurnalist olduğunu bildirib. Zərifə Salahova deyib: “Mən xoşbəxtəm ki, biz bu kitabı miniatür formatda buraxmışıq. Kitab “İndiqo” nəşriyyatında rus dilində 100 nüsxə tirajla nəşr edilib”.

Azərbaycanın xalq yazıçısı Çingiz Abdullayev Elmira Axundovanın xüsusi istedadını qeyd edərək tanınmış publisist-yazıçını yubileyi münasibətilə təbrik edib. Xalq yazıçısı qeyd edib ki, “Elmira Axundova. Möhtəşəm layihələr” miniatür kitabı çox gözəl nəşrdir.

Milli Məclisin deputatı Jalə Əliyeva deyib: “Bu günün mühümlüyü ondadır ki, biz buraya cəmiyyətdə əhəmiyyətli rolu olan üç xanımın mühitinə toplanmışıq. İlk növbədə, bu, bu gün toplaşdığımız muzeyin təsisçisi və yaradıcısı, əməkdar mədəniyyət işçisi Zərifə Salahovadır, həmçinin “Elmira Axundova. Möhtəşəm layihələr” kitabının müəllifi, tanınmış jurnalist Qalina Mikeladze və əlbəttə ki, Elmira Axundova”.

Azərbaycanın rus icmasının sədri, Milli Məclisin deputatı Mixail Zabelin Elmira Axundovanın çox yaxşı insan, gözəl qadın, səmimi və ürəyiaçıq olduğunu, onun MDB hüdudlarından kənarda da çoxdan tanındığını qeyd edib.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli qeyd edib ki, Elmira Axundova hər zaman ölkəmizin ictimai-siyasi həyatında fəal rolu ilə seçilir. O, elə insanlardandır ki, cəmiyyətə öz təsirini göstərə, onu düzgün yola istiqamətləndirə bilir. Ümummilli lider Heydər Əliyev həmişə ona sevgi və hörmətlə yanaşırdı.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirib ki, bu gün çox gözəl gündür, çünki biz Azərbaycan ziyalılarının görkəmli nümayəndəsi Elmira Axundovanın miniatür kitabının təqdimatına toplanmışıq. O deyib: “Hər kəs haqqında miniatür kitablar nəşr olunmur. Miniatür kitablar yalnız görkəmli şəxsiyyətlər haqqında yaranır”.

Ombudsman Elmira Süleymanova, Milli Məclisin deputatları Asim Mollazadə, İlham Məmmədov, əməkdar incəsənət xadimi, yazıçı Natiq Rəsulzadə, əməkdar mədəniyyət işçisi Valentina Reznikova, həmçinin “Elmira Axundova. Möhtəşəm layihələr” miniatür kitabının müəllifi, Azərbaycanın əməkdar jurnalisti Qalina Mikeladze öz çıxışlarında Azərbaycan jurnalistikasında Elmira Axundovanın böyük xidmətlərini qeyd edib, onun ictimai-siyasi və yaradıcılıq fəaliyyəti haqqında danışıblar. Çıxış edənlər vurğulayıblar ki, Heydər Əliyev haqqında çoxlu bədii əsərlər, sənədli oçerklər, elmi məqalələr yazılıb. Bu işlər arasında Elmira Axundovanın fundamental əsəri - “Heydər Əliyev. Şəxsiyyət və zaman” çoxcildli roman-tədqiqatı ayrıca yer tutur.  

Elmira Axundova tədbirdə iştirak edən hər kəsə minnətdarlığını bildirərək bu gün ona Azərbaycan Prezidenti

İlham Əliyevin sərəncamı ilə Azərbaycanın xalq yazıçısı fəxri adının verilməsinə görə hədsiz dərəcədə xoşbəxt olduğunu söyləyib. O deyib: “Mən Heydər Əliyevi həm də ona görə çox sevirdim ki, ona “birinci” sözü çox yaraşırdı. Hətta onun adının mənası “Heydər” - “irəlidə gedən atlı” deməkdir. Xalq yazıçısı Anar deyib ki, mən Azərbaycan ədəbiyyatında yeni janr - sənədli bioqrafik roman-tədqiqat janrı yaratmışam. Tarixi romanlarımız çoxdur, lakin onlar bədii təxəyyülə əsaslanır. İndi mən hazırda ilk jurnalist-publisistəm ki, xalq yazıçısı fəxri adını almışam. Mən sonsuz etimadına, mənim əməyimə verdiyi yüksək qiymətə görə Prezidentimizə çox minnətdaram. Diqqətəlayiq haldır ki, bu əlamətdar hadisə Miniatür Kitab Muzeyində, dostlarımın əhatəsində baş verib”.

Tədbirin bütün iştirakçılarına “Elmira Axundova. Möhtəşəm layihələr” miniatür kitabı təqdim edilib.

 


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM