Ücretsiz php script indir film izle hd film izle hack forumu shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Ücretsiz php script indir film izle hd film izle hack forumu shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide

Alternative content

04:15 16 Dekabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Mingəçevir Turizm Kolleci Rusiyada keçirilən beynəlxalq konfransa təşkilatçılıq etmişdir
Mingəçevir Turizm Kolleci Rusiyada keçirilən beynəlxalq konfransa təşkilatçılıq etmişdir
ANA SƏHİFƏ / Təhsil
03:05 27.05.2018

 

Ölkənin geniş beynəlxalq əlaqələr şəbəkəsinə malik təhsil ocaqlarından biri olan Mingəçevir Turizm Kolleci Sankt-Peterburq şəhərində beynəlxalq əməkdaşlıq əlaqələri çərçivəsində növbəti uğura imza atmışdır. Kollec  tərəfdaşı olan Sankt-Peterburq Turizm və Hotel Servisi Kolleci ilə birgə təşkilati missiyanı uğurla yerinə yetirərək  “Peşəkar təhsil müəssisələrinin əmək bazarının tələblərinə uyğun inkişafı” mövzusunda beynəlxalq konfransın keçirilməsinə nail olmuşdur. Rusiya, İtaliya, Finlandiya və Azərbaycan təhsil müəssisələrinin iştirakı ilə keçirilən tədbirdə Sankt-Peterburq Təhsil Komitəsinin rəsmiləri də iştirak edirdilər. Konfransın əsas məqsədi kadr hazırlığı ilə məşğul olan təhsil müəssisələrinin əmək bazarının tələblərinə müvafiq olaraq yeni inkişaf yollarının və mexanizminin müəyyən edilməsinə nail olmasını təmin etmək idi. Konfransın keçirildiyi salonun tərtibatından tutmuş iştirakçılara təqdim olunan hüquqi və nəzəri materiallaradək bütün vəsaitlərdə Sankt-Peterburq Turizm və Hotel Servisi Kolleci ilə Mingəçevir Turizm Kollecinin adları da qoşa yazılmışdır.

“Peşəkar təhsil müəssisələrinin əmək bazarının tələblərinə uyğun  inkişafı” adlı beynəlxalq konfransda Sankt-Peterburq Təhsil Komitəsi sədrnin müavini Yuri Solyannikov, komitənin peşəkar təhsil üzrə aparıcı mütəxəssisi Yuliya Kovalyova və Rusiyanın əməkdar müəllimi, Sankt-Peterburq Turizm və Hotel Servisi Kollecinin direktoru  Svetlana Antonova  çıxış edərək müzakirə olunan mövzunun önəmindən danışdılar.

Mingəçevir Turizm Kollecinin direktoru, iqtisad elmləri doktoru, professor Əyyub Əyyubov rəhbərlik etdiyi kollektiv, kollecin maddi texniki bazası, tədris imkanları, qazanılan uğurlar və geniş şəbəkəli beynəlxalq əməkdaşlıq əlaqələrı barədə  xüsusi slayd vasitəsi ilə ətraflı məlumat verdi. Əyyub Əyyubovun  “Sosial əməkdaşlıq tədrisin inkişafına təsir edən əsas amillərdən biridir” mövzusunda məruzəsi də konfrans iştirakçılarının böyük marağına səbəb oldu. O, turizm sənayesinin inkişafı üçün kadr hazırlığı prosesində  elmi, nəzəri və praktik yeniliklərin tətbiq olunmasının vacibliyindən ətraflı bəhs etdi.

Konfransda İtaliyanın Kazarqo şəhərinin meri  “School CFPA” hotelinin   əməkdaşı Skarpa Pina, İtaliyanın  “İPS Veccari” təhsil müəssisəsinin  direktoru  Petro Rapizarda və  həmin təhsil ocağının müəllimi  Nikola Klaudia Aleccandra, həmçinin  Finlandiyanın Savonlinna şəhərinin  “SAMLedu” kollecinin müəllimləri  Mika Nenonen, Timo Leso və  həmin kollecin  beynəlxalq təhsil proqramlarının rəhbəri  Yuti Noora da çıxış etmişlər. 

İki gün davam edən konfrans yaddaqalan və  faydalı olmuşdur. Belə ki, kollec rəhbərliyinin konfransın təşkilindəki fəal rolu və faydalı təklifləri, keçirdiyi fərdi görüşləri sayəsində Mingəçevir Turizm Kollecinə iştirakçı tərəflərdən  maraq daha da artırdı. Finlandiya və İtaliya təhsil müəssisələri ilə əməkdaşlıq sazişinin imzalanması barədə ilkin müzakirələr aparıldı.

Konfrans iştirakçıları Sankt-Peterburq şəhərinin müxtəlif tarixi yerləri, Sankt-Peterburq Turizm və Hotel Servisi Kollecinin maddi-texniki bazası, tədris  və təcrübə sahələri ilə yaxından tanış olmuşlar.

 

Lazım QULİYEV,

“Azərbaycan”

 


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM