Alternative content

01:56 26 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Nüvə Təbabəti Simpoziumunda onkoloqlar xərçəng şişlərinin müalicəsinə müasir yanaşma metodlarını müzakirə ediblər
Nüvə Təbabəti Simpoziumunda onkoloqlar xərçəng şişlərinin müalicəsinə müasir yanaşma metodlarını müzakirə ediblər
ANA SƏHİFƏ / Səhiyyə
03:05 27.05.2018

 

2008-ci ildə ölkəmizdə radionuklid diaqnostika, dörd il sonra radionuklid terapiya şöbələri, 2014-cü ildə Nüvə Təbabəti İctimai Birliyi yaradılıb. 2015-ci ildə nüvə təbabəti ixtisası təsdiq edilib və 2016-cı ildə Nüvə Təbabəti Mərkəzi fəaliyyətə başlayıb. İki il ərzində mərkəzdə 1500-dən artıq xəstə müayinə olunub və onların 34 faizi qadınlardan ibarətdir. Müraciətlərin əksəriyyəti süd vəzi və ağ ciyər xərçəngi ilə əlaqədar olub. Yeni yaradılmış mərkəzdə həyata keçirilən tədbirlərin əsas məqsədi hədəfə yönələn müalicələrdən ibarətdir. AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü ilə əlaqədar Bakıda keçirilən 2-ci Azərbaycan Nüvə Təbabəti Simpoziumunda məlumat verilib.

Azərbaycan onkoloqları ilə yanaşı, dünyanın müxtəlif ölkələrindən tibb institutlarının mütəxəssislərinin iştirak etdikləri simpoziumu Milli Onkologiya Mərkəzinin direktoru akademik Cəmil Əliyev açaraq iştirakçıları rəhbərlik etdiyi səhiyyə ocağı, eləcə də onun nəzdində fəaliyyət göstərən Milli Nüvə Mərkəzi barədə videofilmə baxmağa dəvət edib.

Simpoziumun sessiyalarında Milli Onkologiya Mərkəzi baş direktorunun birinci müavini, tibb elmləri doktoru, professor Əziz Əliyev “Baş boyun şişlərinə müasir yanaşma”, Avropa Nüvə Təbabəti Cəmiyyətinin elmi katibi, professor Jan Pruim “Nüvə təbabətinin gələcəyi: teranistika” və Nüvə Təbabəti Mərkəzinin müdiri Fuad Novruzov “Azərbaycanda nüvə təbabəti və molekulyar görüntüləmə”, “Prostat xərçənginin radionuklid müalicəsində Azərbaycan təcrübəsi”, “Liverpool University Hospital”ın icraçı direktorunun birinci müavini, professor Sobhan Vinjamuri “Süd vəzi xərçənginin və ginekoloji şişlərin molekulyar görüntüləməsi”, Avstriyanın Vyana Tibb Universitetinin onkoloji elmi araşdırmalar laboratoriyasının rəsmi nümayəndələri, professorlar Markus Mitterhauser və Volfqanq Vadsak “RET müayinəsində istifadə olunan onkoloji radiofarmreparatlar”, professor Güneyt Türkmen “Prostat xərçənginə molekulyar görüntüləmə”, Milli Onkologiya Mərkəzinin baş direktorunun müavini Fuad Quliyev “Prostat xərçənginə müasir yanaşma” mövzularında məruzələrlə çıxış ediblər. 

Simpoziumda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva da iştirak edib.