Alternative content

21:02 23 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV "Real Madrid" 13-cü dəfə UEFA Çempionlar Liqasının qalibi oldu
"Real Madrid" 13-cü dəfə UEFA Çempionlar Liqasının qalibi oldu
ANA SƏHİFƏ / İDMAN
12:05 27.05.2018

 

“Liverpul”a 3:1 hesabı ilə qalib gələn "Real Madrid" tarixində 13-cü dəfə UEFA Çempionlar Liqasının qalibi olub. "Real" ardıcıl üç dəfə bu kuboka sahib olan ilk komanda kimi tarixə düşüb.

 

X X X

 

UEFA Çempionlar Liqasının “Real” və “Liverpul” komandaları arasında keçirilən final qaşrılaşmasında ilk hissə qolsuz heç-heçə ilə başa çatıb.

Qarşılaşmanın 30-cü və 37-ci dəqiqələrində hər iki komandanın aparıcı oyunçuları zədələnərək meydanı göz yaşları ilə tərk edib: "Liverpul" klubunun heyətində Məhəmməd Salah, "Real"ın heyətində isə Karvaxal oyunu davam etdirə bilməyiblər.

 

X X X

 

Bir qədər əvvəl Kiyevdə UEFA Çempionlar Liqasının final qarşılaşması başlayıb.

AZƏRTAC xəbər verir ki, “Real Madrid”in start heyətində meydana Navas, Karvaxal, Serxio Ramos, Rafael Varan, Kriştiano Ronaldo, Toni Kroos, Kərim Benzema, Luka Modriç, Marselo, Kasemiro, İsko çıxıblar.

“Liverpul” komandasının ilk “11-liyi”ndə isə Karius, Van Diyk, Viynaldum, Lovren, Milner, Firmino, Məhəmməd Salah, Henderson, Mane, Robertson, Alexander-Arnold yer alıblar.

Xatırladaq ki, “Real Madrid” UEFA Çempionlar Liqasında indiyədək 12 dəfə, “Liverpul” isə 5 dəfə qalib gəlib. Bu görüş komandaların avrokubokların finalında ikinci qarşılaşmasıdır. “Liverpul” Avropa çempionlar kubokunun 1980-1981-ci il mövsümünün Parisdə keçirilən final görüşündə “Real”ı 1:0 hesabı ilə məğlub etmişdi.