Alternative content

18:01 22 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Seçenov Universitetinin Bakı filialında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qeyd olunub
Seçenov Universitetinin Bakı filialında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qeyd olunub
ANA SƏHİFƏ / Təhsil
10:05 26.05.2018

İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin (Seçenov Universiteti) Bakı filialında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunan tədbir keçirilib.

Universitetin Bakı filialından AZƏRTAC-a bildiriblər ki, tədbirdə filialın rektoru, professor Əziz Əliyev çıxış edərək, Cümhuriyyətin yaranma tarixindən və ölkənin sonrakı inkişafında onun mühüm rolundan danışıb. O bildirib ki, tələbələr Azərbaycanda - siyasi cəhətdən sabit ölkədə doğulduqlarına və yaşadıqlarına görə fəxr etməlidirlər. Şübhəsiz, bu, ümummilli lider Heydər Əliyevin müasir müstəqil Azərbaycan dövlətinin yaradılmasına verdiyi böyük töhfənin nəticəsidir. Bu siyasəti hazırda Prezident İlham Əliyev uğurla davam etdirir.

Tədbir Seçenov Universitetinin Bakı filialının tələbələrinin təqdimatında maraqlı bədii proqramla davam edib. Onların ifasında tanınmış bəstəkarların əsərlərindən parçalar, məşhur şairlərin Azərbaycana həsr etdikləri şeirlər səsləndirilib. Qurban Səidin “Əli və Nino” romanından üçüncü kurs tələbələrinin hazırladıqları səhnəcik alqışlarla qarşılanıb.

Sonra tematik məruzə ilə çıxış edən Azərbaycan dili müəllimi, dosent Dürdanə Rəhimzadə iştirakçıları qarşıdan gələn bayram – Respublika Günü münasibətilə təbrik edib. Müsəlman dünyasında ilk demokratik respublikanın məhz Azərbaycanda yaradılması iftixar hissi ilə qeyd olunub.

Tədbirin sonunda “Son iclas” bədii-sənədli filmi nümayiş etdirilib. Filmin baş prodüseri Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyevadır. Filmin çəkilişləri Heydər Əliyev Fondunun dəstəyi və “BP Azerbaijan” şirkətinin sponsorluğu ilə həyata keçirilib. Ekran əsərində mühüm tarixi hadisə - Cümhuriyyətin şanlı və faciəli taleyindən uzun müddət ötdükdən sonra Azərbaycanın müstəqillik əldə etməsi qeyd olunur.