Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk muhammet ali özer

Alternative content

07:00 21 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Heydər Əliyev adına Hərbi Liseydə qaliblər mükafatlandırılıb
Heydər Əliyev adına Hərbi Liseydə qaliblər mükafatlandırılıb
ANA SƏHİFƏ / Təhsil
10:05 26.05.2018

Respublika fənn olimpiadalarının qalibi olan Heydər Əliyev adına Hərbi Liseyin kursantlarına, Naxçıvan qarnizonu tam orta məktəbinin şagirdlərinə və qaliblərin müəllimlərinə Əlahiddə Ümumqoşun Ordu komandanı tərəfindən mükafatlar təqdim edilib.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, mükafatlandırma mərasiminə hazırlıqla bağlı məruzə edildikdən sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

Heydər Əliyev adına Hərbi Liseydə təşkil olunan tədbirdə liseyin rəisi, general-mayor Elman Orucov və Naxçıvan qarnizonu tam orta məktəbinin direktoru, Azərbaycan Respublikasının Əməkdar Müəllimi Natiq Əhmədov çıxış edərək muxtar respublikamızda təhsilin inkişafı istiqamətində aparılan məqsədyönlü tədbirlərdən hər iki təhsil ocağına xüsusi pay düşdüyünü bildiriblər. Qeyd edilib ki, diqqət və qayğının nəticəsində kursant və şagirdlərimiz fənn olimpiadalarında sağlam rəqabət mühitində öz bilik və bacarıqlarını nümayiş etdirərək yüksək nəticələr qazanırlar.

Tədbirdə Əlahiddə Ümumqoşun Ordu komandanı, general-leytenant Kərəm Mustafayev çıxış edərək bildirib ki, ötən əsrin 70-ci illərində ümummilli liderimiz Heydər Əliyev tərəfindən müəyyənləşdirilən təhsil strategiyası Azərbaycanda ixtisaslı milli kadrların hazırlanmasının əsasını qoyub, iqtisadi potensial inkişaf etdirilib, sosial-mədəni, elm-təhsil və milli-mənəvi dəyərlər dirçəldilib, bu yolla gələcək müstəqillik üçün etibarlı zəmin yaradılıb. Dahi şəxsiyyət ölkəmizdə yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra da təhsilin inkişafını dövlət siyasətinin prioritet istiqaməti kimi müəyyənləşdirib, bu sahədə kompleks islahatlar həyata keçirilib. Ölkə başçısı İlham Əliyev tərəfindən də təhsil sistemində yenidənqurmanın həyata keçirilməsi, həm təhsil alanlar, həm də təhsil verənlər üçün əlverişli şəraitin yaradılması, təhsilin inkişafı istiqamətində dövlət proqramları və sərəncamların imzalanması təhsilimizin daha da inkişaf etdirilməsinə xidmət göstərir.

Vurğulanıb ki, bu gün Naxçıvan Muxtar Respublikasında da təhsil özünün tərəqqi dövrünü yaşayır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin təhsilə göstərdiyi diqqət və qayğı nəticəsində, yeni texnologiyalara tədris prosesində geniş yer verilməsi, beynəlxalq təcrübədən yaradıcı şəkildə istifadə olunması təhsil sahəsində uğurların qazanılmasına şərait yaradıb. Bu baxımdan Heydər Əliyev adına Hərbi Liseydə və Naxçıvan qarnizonu tam orta məktəbində müasir maddi bazanın yaradılması, yeni metod və üsulların təlim-tərbiyə prosesində tətbiq olunması nəticəsində ali məktəblərə qəbul səviyyəsi ildən-ilə yüksəlməkdədir. Məhz bunun nəticəsində respublika fənn olimpiadalarında yüksək nailiyyətlər qazanılıb. Belə ki, bu olimpiadalarda kursant və şagirdlər 1-i qızıl, 1-i gümüş, 4-ü bürünc olmaqla, ümumilikdə, 6 medal qazanıblar. Bu nailiyyətlərin 28 May - Respublika Günü, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100-cü ildönümü ərəfəsində qazanılması bizim sevincimizi daha da artırır.

Kərəm Mustafayev öz çıxışını Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun sözləri ilə yekunlaşdırıb: “Bu gün dünyada o ölkələr inkişaf edərək irəli gedirlər ki, orada təhsilə daha çox sərmayə qoyulur. Çünki təhsilə qoyulan sərmayə xalqların və ölkələrin gələcəyinə qoyulan sərmayədir. Vətənpərvər gənclik isə o gələcəyin ən etibarlı təminatçısıdır. Əgər ümummilli liderimiz Heydər Əliyevin ölkəmizə birinci rəhbərliyi dövründə yetişən gənclik müstəqil Azərbaycanın bugünkü inkişafını təmin etmişdirsə, bu gün yetişən gənclik də bu inkişafın gələcəkdə davamının təminatçıları olacaqdır”.

Çıxışların ardından olimpiada qalibləri olan Heydər Əliyev adına Hərbi Liseyin kursantlarına, Naxçıvan qarnizonu tam orta məktəbinin şagirdlərinə və qaliblərin müəllimlərinə fəxri fərman, təşəkkürnamə və pul mükafatları təqdim edilib.

Tədbirin sonunda Heydər Əliyev adına Hərbi Liseyin şəxsi heyətinin təntənəli keçidi olub.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM