Alternative content

03:08 21 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Atletika üzrə ölkə çempionatına yekun vurulub
Atletika üzrə ölkə çempionatına yekun vurulub
ANA SƏHİFƏ / İDMAN
10:05 26.05.2018

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda keçirilən atletika üzrə ölkə çempionatına mayın 26-da yekun vurulub.

AZƏRTAC xəbər verir ki, çempionatda 15 klubdan 100-dən artıq atlet birincilik uğrunda mübarizə aparıb.

Atletikanın 25 növü üzrə keçirilən çempionatın ilk günündə qaçış, tullanma və atma yarışları təşkil olunub. Çempionatda Azərbaycan idmançıları ilə yanaşı, gürcüstanlı atletlər də iştirak ediblər.

Turnirin sonuncu günündə qadınlar arasında uzunluğa tullanma yarışlarında Nazan Əzməmmədli bütün rəqiblərini qabaqlayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Səkkiz yüz metr məsafəyə qaçış yarışında Rəqsanə Rəcəbli qızıl medal qazanıb. Zəkiyyə Həsənova isə 800 metr məsafəyə qaçışda fərqlənib.

Kişilər arasında nüvəitələmə yarışında İsmayıl Əliyev, nizə atmada Orxan Qasımov, uzunluğa tullanmada Nazim Babayev birinci yeri tutublar.

Ələkbər Əzizov 200, İlham Abışov isə 800 metr məsafəyə qaçış yarışlarında qızıl medala layiq görülüblər.

Yarışın baş hakimi Ceyhun Hüseynov, baş katibi Natalya Kafarova, direktoru isə Kamal Əhmədov olublar.

Qaliblərə medal, diplom və pul mükafatı təqdim edilib.