Alternative content

01:47 23 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Rusiya Federasiyası Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Dmitri Savelyevdən
Rusiya Federasiyası Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Dmitri Savelyevdən
ANA SƏHİFƏ / Məktublar
05:05 26.05.2018


Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Çox hörmətli cənab Prezident.

İcazə verin, şəxsən Sizi və bütün Azərbaycan xalqını Respublika Günü münasibətilə ürəkdən təbrik edim.

Qardaş Azərbaycan bu yubiley ilini dünyanın ən uğurla inkişaf edən qüdrətli və müstəqil ölkələrindən biri kimi qarşılayır. Sizin siyasi müdrikliyiniz və yüksək rəhbərlik təcrübəniz sayəsində Azərbaycan dünya siyasi arenasında öz mövqeyini gündən-günə gücləndirir, bütün ölkələrlə və ilk növbədə, Rusiya ilə dostluq əlaqələrini möhkəmləndirir.

Sizə və ailənizə səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik və rifah, hər bir azərbaycanlı evinə isə əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,

 

Dmitri Savelyev

Rusiya Federasiyası Dövlət Dumasının deputatı,

Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri