Alternative content

13:22 23 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin baş katibi Asəf Hacıyevdən
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin baş katibi Asəf Hacıyevdən
ANA SƏHİFƏ / Məktublar
05:05 26.05.2018


Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident.

Sizi Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 100 illiyi münasibətilə ürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı, Azərbaycan xalqının rifahı naminə gördüyünüz böyük işlərdə uğurlar arzulayıram.

Bu gün sürətli inkişafı ilə hər bir azərbaycanlının qürur duyduğu müstəqil Azərbaycan Respublikası tam bir əsr bundan öncə “Bir dəfə yüksələn bayraq bir daha enməz” ideyası ilə qurulan Azərbaycan Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisidir. Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti təəssüf ki, iki il belə öz müstəqilliyini qoruya bilmədi.

Tarix 1991-ci ildə öz müstəqilliyini bərpa etmiş müasir müstəqil Azərbaycan Respublikasını 1993-cü ildə yenidən parçalanmaq və müstəqilliyini itirmək təhlükəsi ilə qarşı-qarşıya qoydu. Azərbaycan xalqı öz böyük oğlu Heydər Əliyevin rəhbərliyi ilə bu təhlükələri şərəflə aradan qaldırdı və dahi liderinin göstərdiyi yolla analoqu olmayan bir inkişafa qədəm qoydu. “Əsrin kontraktı” və digər böyük layihələr həyata keçdi. Azərbaycanın geri dönüşü olmayan bu inkişafı bu gün Sizin müdrik rəhbərliyiniz altinda sürətlə davam edir.

Sizin həyata keçirdiyiniz və xalqımızın milli maraqlarını əks etdirən siyasət Azərbaycanın nəinki bölgədə, hətta dünya miqyasında layiqli yer tutmasına imkan verdi. Uğurla həyata keçirdiyiniz Bakı-Tbilisi-Qars dəmir yolu, başa çatmaqda olan TANAP və TAP kimi layihələr Azərbaycanı dünyada güclü və söz sahibi olan bir ölkəyə çevirdi.

Sizin Azərbaycanın ərazi bütövlüyü uğrunda apardığınız mübarizə və tutduğunuz qəti mövqe Vətənimizin hər bir sakininin qəlbindən xəbər verir. Son prezident seçkilərində qazandığınız inamlı qələbə bir daha göstərdi ki, Sizin xalqa arxalanan və hər zaman onun gələcəyini düşünən siyasətiniz Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirilir və dəstəklənir.

Möhtərəm cənab Prezident, Sizi müstəqil Azərbaycan Respublikasının 100 illiyi münasibətilə bir daha təbrik edir, Sizə xalqımız üçün fövqəladə vacib olan şərəfli fəaliyyətinizdə böyük uğurlar arzulayıram.

Dərin hörmətlə,

 

Asəf Hacıyev

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı

Parlament Məclisinin baş katibi