Alternative content

23:17 20 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV UEFA Çempionlar Liqasının finalı: “Real Madrid”, yoxsa "Liverpul"?
UEFA Çempionlar Liqasının finalı: “Real Madrid”, yoxsa "Liverpul"?
ANA SƏHİFƏ / İDMAN
09:05 26.05.2018



Bu gün UEFA Çempionlar Liqasının qalibinin adı məlum olacaq.

AZƏRTAC xəbər verir ki, Kiyevin "Olimpiya" stadionunda baş tutacaq qarşılaşmada İspaniyanın "Real Madrid" və İngiltərənin “Liverpul” klubları üz-üzə gələcəklər.

“Liverpul” klubunun heyətində müdafiəçilər Joel Matip, Co Qomes və yarımmüdafiəçi Aleks Oksleyd-Çamberlayn zədə ucbatından meydana çıxa bilməyəcək. "Real Madrid"də isə zədəli yoxdur.

Qeyd edək ki, oyun Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.