Alternative content

21:42 19 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Sürücülük hüququ ilə bağlı qaydalar təkmilləşdirilir
Sürücülük hüququ ilə bağlı qaydalar təkmilləşdirilir
ANA SƏHİFƏ / PARLAMENT
02:05 26.05.2018

 

Mayın 25-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Gənclər və idman komitələrinin birgə iclasında 7 qanun layihəsinə baxıldı.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli əvvəlcə “Normativ hüquqi aktlar haqqında” konstitusiya qanununda dəyişiklik edilməsi barədə konstitusiya qanunu layihəsi haqqında məlumat verərək dedi ki, edilən dəyişikliyə görə, Ələt Azad İqtisadi Zonasının ərazisində müvafiq qanunla müəyyən edilmiş hallarda

bu konstitusiya qanunundan fərqli hüquqi tənzimləmə tətbiq edilir və həmin zonanın fəaliyyəti ilə bağlı qəbul edilmiş aktlar azad zona daxilində məcburi hüquqi qüvvəyə malikdir.

“İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi haqqında Gənclər və idman komitəsinin sədr müavini Ülvi Quliyev məlumat verdi. Sənədə “idmanda dopinqdən istifadənin qarşısının alınması, habelə qadağan olunmuş dopinq vasitələrinin qanunsuz dövriyyəsində iştirak edən şəxslər barədə məlumat almaq məqsədi ilə müvafiq icra hakimiyyəti orqanları ilə əməkdaşlıq etmək, o cümlədən məlumat mübadiləsini həyata keçirmək” məzmunlu 7.0.12-1-ci maddə əlavə ediləcək.

Sonra “Azərbaycan Respublikasında dövlət daktiloskopik və genom qeydiyyatı haqqında” qanun layihəsinə ikinci oxunuşda baxıldı. 4 fəsil, 21 maddədən ibarət qanun layihəsi ölkəmizdə dövlət daktiloskopik və genom qeydiyyatının məqsədini, prinsiplərini və növlərini müəyyən edir, habelə bu sahədə yaranan ictimai münasibətləri tənzimləyir. Layihədə dövlət daktiloskopik qeydiyyatı, daktiloskopik məlumat bankı, dövlət genom qeydiyyatı, DNT profili və digər anlayışların izahatı verilir. Qeyd edilir ki, ölkədə dövlət daktiloskopik və genom qeydiyyatı daktiloskopik və genetik məlumatlar əsasında insan şəxsiyyətinin eyniləşdirilməsi məqsədilə aparılır.

Layihədə deyilir ki, dövlət daktiloskopik qeydiyyatının aparılması nəticəsində əldə olunan məlumatlar itkin düşmüş şəxslərin axtarışı, naməlum meyitlərin, habelə səhhətinə və ya yaşına görə özü haqqında məlumat vermək qabiliyyətinə malik olmayan şəxslərin şəxsiyyətlərinin müəyyənləşdirilməsi, cinayətlərin və inzibati xətaların qarşısının alınması, aşkar edilməsi və araşdırılması üçün istifadə edilir. Qanun layihəsi qüvvəyə mindiyi gündən “Azərbaycan Respublikasında dövlət daktiloskopik qeydiyyatı haqqında” sənəd ləğv ediləcək.

“Yol hərəkəti haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə görə, velosiped və ya arabanı 14 yaşdan, asma mühərrikli velosipedi, mopedi və “A1” altkateqoriyasına daxil olan nəqliyyat vasitələrini 16 yaşdan, “A”, “B”, “C”, kateqoriyalarına, “B1” və “C1”  altkateqoriyasına daxil olan nəqliyyat vasitələrini 18 yaşdan, “BE” kateqoriyasına və “C1E” altkateqoriyasına daxil olan nəqliyyat vasitələrini 19 yaşdan idarəetmə  hüququ verilir. Həmçinin “CE”  daxil olan nəqliyat vasitələrini 21 yaşdan, “D” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini, tramvayları və trolleybusları və “D1” altkateqoriyasına daxil olan nəqliyyat vasitələrini 23 yaşdan, “D1E” altkateqoriyasına  daxil olan nəqliyyat vasitələrini 25 yaşdan, “DE” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini 26 yaşdan idarəetmə  hüququ verilir.

“Bədən tərbiyəsi və idman haqqında”, “Azərbaycan Prokurorluğunun 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” və “Dövlət qulluğu haqqında” qanunlarda dəyişikliklər  edilməsi barədə qanun layihələrinə də baxıldı.

Geniş fikir mübadiləsinin yekununda komitələrin birgə iclasında müzakirə edilən bütün qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə olundu.

 

Səbinə MƏMMƏDOVA,

“Azərbaycan”