26 May 2018 02:05
488
Elm və texnika
A- A+

“Azərbaycan Cümhuriyyəti gənclərin gözü ilə” mövzusunda elmi-praktik konfrans keçirildi

 

Mayın 25-də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə Azərbaycan Milli Elmlər Akademiyasında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “Azərbaycan Cümhuriyyəti gənclərin gözü ilə” mövzusunda elmi-praktik konfrans keçirilib.

Tədbiri giriş sözü ilə açan fondun icraçı direktoru Oktay Səmədov 2018-ci ilin Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilməsi ilə bağlı Bilik Fondunun gördüyü çoxşaxəli işlər haqqında məlumat verib.

Fondun nəzdində fəaliyyət göstərən “Tariximizi öyrənək və öyrədək” Gənclər Klubunun koordinatoru, fondun əməkdaşı Elnarə Əliyeva “Tariximizi öyrənək və öyrədək” Gənclər Klubunun birillik fəaliyyəti ilə bağlı hesabat verib, klubun üzvləri, onların çoxsaylı tədbirlərdəki iştirakı barədə məlumatı diqqətə çatdırıb.

Cümhuriyyət dövrünün tədqiqatçılarından Bakı Dövlət Universitetinin tarix fakültəsinin professoru, tarix üzrə elmlər doktoru Anar İsgəndərli “Müsəlman Şərqində ilk respublika”, Azərbaycan Dövlət Pedaqoji Universitetinin tarix fakültəsinin professoru, tarix üzrə elmlər doktoru Xəqani Məmmədov “Şərq dünyasının ilk Xalq Cümhuriyyəti”, AMEA Tarix İnstitutunun baş elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Kamran İsmayılov “Azərbaycan Cümhuriyyəti azərbaycançılığın inkişafında mühüm mərhələ kimi” mövzusunda məruzələrlə çıxış ediblər. Natiqlər 23 aylıq Xalq Cümhuriyyəti dövrünün Azərbaycan xalqının suveren, demokratik, hüquqi dövlət yaratmaq əzmində olduğunu bütün bəşəriyyətə nümayiş etdirdiyini bildiriblər. Şərq dünyasında ilk Demokratik Respublika olan və Avropa ölkələrinin demokratik prinsiplərini özündə əks etdirən Azərbaycan Xalq Cümhuriyyətinin tariximizin şərəfli dövrlərindən birini əhatə etdiyi diqqətə çatdırılıb.

Konfransda Bilik Fondunun birilliyini qeyd edən “Tariximizi öyrənək və öyrədək” Gənclər Klubunun üzvləri məruzələrlə çıxış ediblər.

BDU-nun məzunu, Cəlilabad rayon Təhsil şöbəsinin aparıcı məsləhətçisi Orxan Əzimov “Qadınların Cümhuriyyət dövründə ictimai həyatda rolu”, Tarix fakültəsinin II kurs magistrantı Aygün İsmayılova “Azərbaycan Xalq Cümhuriyyətinin xüsusi xidmət orqanı: Əksinqilabla Mübarizə Təşkilatı”, ADPU-nun Tarix və coğrafiya fakültəsinin IV kurs tələbəsi Feyruz Xəlilov “AXC-Osmanlı münasibətləri”, Azərbaycan Universiteti Tarix fakültəsinin II kurs tələbələri Tünzalə Kazımova və Ruslan Ağakişiyev “Azərbaycan Xalq Cümhuriyyəti dövründə təhsil məsələləri” mövzusunda məruzə ediblər.

Müzakirələrdən sonra konfransda fəal iştirak edən alimlərə və klub üzvlərinə fondun təşəkkürnamələri təqdim edilib.

Sonda “Salnamə” kinostudiyasının istehsalı olan “Parisdən məktublar” sənədli filmi nümayiş olunub.

 

“Azərbaycan”

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video