Alternative content

12:15 25 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bilik Fondu ali təhsil ocaqlarında cümhuriyyətə dair maarifləndirici tədbirləri davam etdirir
Bilik Fondu ali təhsil ocaqlarında cümhuriyyətə dair maarifləndirici tədbirləri davam etdirir
ANA SƏHİFƏ / Elm və texnika
02:05 26.05.2018

 

Mayın 25-də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə Bakı Biznes Universitetində “Azərbaycan Xalq Cümhuriyyəti dövründə təhsil” mövzusunda mühazirə təşkil olunub. Tədbirdə universitetin tələbə və müəllim kollektivi iştirak edib.

Universitetin rektoru professor İbad Abbasov tədbiri giriş sözü ilə açaraq cümhuriyyət dövründə ölkənin iqtisadi inkişafı ilə bağlı görülmüş işlərdən danışıb, sosial və iqtisadi vəziyyəti xarakterizə edən statistik məlumatları təhlil edib.

Tədbirdə “Azərbaycan Xalq Cümhuriyyəti dövründə təhsil” mövzusunda məruzə ilə çıxış edən AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru, akademiyanın müxbir üzvü Misir Mərdanov AXC dövründə əhalinin təhsil səviyyəsinin artırılması, yeni təhsil sisteminin yaradılması istiqamətində həyata keçirilən islahatlardan söz açaraq fikirlərini konkret tarixi sənədlərə istinad etməklə dinləyicilərə çatdırıb.

M.Mərdanov həmmüəllifi olduğu “1920-ci ilədək ali məktəblərdə oxumuş azərbaycanlılar” kitabının birinci cildini universitetin kitabxanasına hədiyyə edib.

Bilik Fondunun aparat rəhbəri, professor İsaxan Vəliyev cümhuriyyət dövrü  tarixinin öyrənilməsi ideyasının banisinin ümummilli lider Heydər Əliyev olduğunu bildirib. Qeyd edib ki, ulu öndər alimlər qarşısında Azərbaycan Xalq Cümhuriyyətinin tarixinin öyrənilməsinin istiqamətlərini müəyyən edən konkret hədəflər qoymuş və bu siyasət bu gün Prezident

İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında Azərbaycan Respublikası Prezidentinin 16 may 2017-ci il tarixli sərəncamının müddəalarını təhlil edən İ.Vəliyev Bilik Fondu tərəfindən sərəncamın icrası istiqamətində görülmüş işlərdən danışıb. Aparat rəhbəri carı ilin ötən dövrü ərzində fond tərəfindən özündə cümhuriyyətin fəaliyyətinin müxtəlif istiqamətlərini əks etdirən 70-dən artıq mühazirənin, konfransın, “dəyirmi masa”nın və digər maarifləndirci tədbirlərin keçirildiyini diqqətə çatdırıb.

Növbəti tədbir Bakı Avrasiya Universitetində keçirilib. Universitetin Tədris işləri üzrə prorektoru Nigar Hüseynova Xalq Cümhuriyyətinin yaranması tarixindən söz açıb.

“Azərbaycan Xalq Cümhuriyyəti və Azərbaycan dili” mövzusunda çıxış edən AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru akademik Möhsün Nağısoylu Cümhuriyyət dövründə ana dilinin inkişafına xüsusi qayğı göstərildiyini bildirib. İlk dəfə Azərbaycan türkcəsinin dövlət dili elan edilməsinə aparan yolun cətinliklərindən danışıb.

Bilik Fondunun aparat rəhbəri İ.Vəliyev müstəqil Azərbaycanın 100 illik dövrünün tarixi xronologiyasına diqqət çəkərək bu tarixin dərindən araşdırılaraq öyrənilməsi və təbliğ olunması prosesinin dövlət başçısının daim diqqətində olduğunu vurğulayb.

İnteraktiv şəraitdə keçən tədbirlərdə dinləyicilərin sualları ətraflı cavablandırılıb.

 

“Azərbaycan”