Alternative content

09:44 14 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Avstriyada keçirilən beynəlxalq simpoziumda
Avstriyada keçirilən beynəlxalq simpoziumda
ANA SƏHİFƏ / Elm və texnika
04:05 25.05.2018

 

Bakı xanlığının bayrağı təqdim edilib

 

Avstriyanın Qraz şəhərində 16-18 may 2018-ci il tarixlərində orta əsrlər “Doiçlaynsberq” qəsrində keçirilən “İN HOC SIGNO VINCES” («Bu bayraq altında qalib gələcəksən») Beynəlxalq simpoziumda  tarix üzrə fəlsəfə doktoru, bayraqşunaslıq və heraldika üzrə mütəxəssis Pərvin Gözəlov  “Bakı xanlığının XVIII əsr bayrağının üzərində əjdaha rəmzi” adlı məruzə ilə çıxış edib. Qeyd etmək istərdim ki, tarixçi alim P.Gözəlov veksollologiya (bayraqşunaslıq) üzrə beynəlxalq konfranslar və simpoziumlarda artıq 5-(beşinci) ildir ki, yəni 2014-ci ildə Polşa Respublikasının Varşava şəhərində Azərbaycanda “Bayraqlar kolleksiyası”  barədə, 2016-cı ildə İsveç Krallığının paytaxtı Stokholm şəhərində “Naxçıvanın XVIII-XIX əsr bayraqları” mövzusunda, 2015 və 2017-ci illərdə Rusiya Federasiyası Sankt-Peterburq şəhərində “Azərbaycanda veksillologiyanın inkişafı” və “İrəvan və Naxçıvan bayraqlarında şir rəmzi” haqqında və nəhayət 16-18 may 2018-ci il tarixində “Bakı xanlığının XVIII əsr bayrağının üzərində əjdaha rəmzi” adlı elmi mərüzələrini beynəlxalq elmi ictimayətə təqdim edib. Azərbaycanın dövlətçilik tarixinin əyani göstəriçisi olan Azərbaycanın tarixi bayraqları, tarixi hakimiyyət rəmzlərini, ştandartları və üzərlərindəki rəmzlərin mənalarını, tarixini, inkişaf mərhələlərini P.Gözəlov araşdıraraq beynəlxalq səviyyəli elmi mütəxəssislərə təqdim edib. Veksillologiya üzrə 2018-ci il 16-18 may tarixlərində keçirilən beynəyxalq tədbirdə P.Gözəlovla (Azərbaycan) bərabər, Almaniya, İspanya, Rusiya Federasiyasının Moskva, Sankt-Peterburq, Tula şəhərlərindən, Ukraynadan, İsveç Krallığından, Avstriya və Polşadan olan bayraqşünas alimlər iştirak edirdilər. Cari ilin 16-18 may tarixlərində keçirilən Veksilloloji tədbirdə tarixçi alim P.Gözəlovun  “Bakı xanlığının XVIII əsr bayrağının üzərində əjdaha rəmzi” adlı elmi mərüzəsini başlamazdan əvvəl, birinci növbədə qeyd edib ki, Bayraqşunaslıq (Veksillologiya) elminin Azərbaycanda tədqiq edilməsi və Azərbaycanda dövlətçiliy ənənələrinin əyani sübutu olan tarixi bayraqların nümayiş edilməsi, Azərbaycan Respublikasının Prezidenti canab İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci-vitse prezidenti xanım Mehriban Əliyevanın Azərbaycan tarixinə, elminə və mədəniyyətinə göstərdikləri şəxsi qayğılarının nəticəsidir. Konfrans çərçivəsində iştirakçılar Avstriyanın tarixini əks etdirən tarix muzeyləri və muzey fondları ilə tanış olublar.   Tarixçi alim Pərvin Gözəlov mərüzəsində bildirib ki, Zəngin təbii sərvətləri və qeopolitik ərasizi ilə fərqlənən Bakı xanlığı 1748-ci ildə yaradılıb. XIX əsrdə Rusiya İmperiyası Bakıya qarşı diplomatik marağını gücləndirərək üçün, istədiyi nəticəni əldə edə bilmədikdə, Bakı xanlığını Rusiya İmperiyasının tərkibinə salmaq məqsədi ilə hərbi təhziqlərə başlamış və Rus ordusu qeneral Bulqakovun komandanlığı ilə 3 oktyabr 1806-cı ildə Bakıya daxil oldular. Şəhəri ələ keçirərək qənimətlər sırasında dövlətçiliyin əsas atributlarından olan Bakı xanlığına məxsus 9 bayraq götürülmüşdir.  Bakı xanlığına məxsus olmuş 9 (doqquz) bayrağından biri Azərbaycan olan bayraq kolleksiyasında saxlanılır. Bayrağın uzərində İslam simvolları sırasında Qurani Kərimdən ayələr, aypara elementləri ilə yanaşı, mifik məxluqların rəmzi təsvirləri və nəbati elementlər əks olunub. Beləliklə bayrağın üzərində (ərəb qrafikası ilə) “Qurani Kərim”-dən 61 “əs Səff” surəsinin 2-ci ayəsi “Allahdan kömək, qələbə yaxındır”, “Ey Məhəmməd möminlərə müjdə ver” və ”Allah kömək edəndir, Allah qoruyandır”. Bayrağın sağ üst hissəsində iki tutacaqlı dolçaya bənzər fiqur təsvir edilib. Dolçanın qulplarının üst hissələri od püskürən əjdaha başları ilə yekunlaşır. Alt hissəsi səkkizgüşəli ulduz formasındadır və içərisində (ərəb qrafikası ilə) “Bakuyə” və ya “Bismillah” sözləri yazılıb.  Bayrağın orta hissəsində nar gülünə bənzər element təsvir edilib. Ən iri ayparanın alt hissəsində səkkizgüşəli ulduz təsvir edilib. Azərbaycan ədəbiyatının dünya şöhrətli, görkəmli sairi Nizami Gəncəvi “əjdahalı bayraqlardan” belə yazırdı: “Əjdahanı bayraq üzərində sapfirlə işləmişlər. Ele görünür ki, əjdaha hələdə alov püskürür”, “Ordunu cəsarətli əjdaha irəli aparırdı”, “Qoşunların qarşısında əjdahalı bayraq yüksəlirdi”.   Əjdaha, ilanla quşun birləşməsinin rəmzi təsviridir və bir çox mədəniyyətlərdə çox mühüm əhəmiyyət kəsb edir. Qədim zamanlardan əjdaha rəmzi həyat verən suyu, həyat rəmzini bildirərək, ilahi güvənin və yerli şahların arasında yerləşirdi. Çin mədəniyyətində “Əjdaha” rəmzi xeyirxahlıq, qeyri adi müsbət gücü, hakimiyyəti, məhsuldarlığı, gizli ideal müdrüklüyü ifadə edir.

 


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM