25 May 2018 02:05
702
Sərəncamlar
A- A+

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin maddi-texniki bazasını gücləndirmək məqsədilə qərara alıram:
1. Bu sərəncamın 1, 2, 3 və 4 nömrəli əlavələrində sadalanan laboratoriyalar, avadanlıq, inzibati binalar, maddi-texniki baza, digər əmlak və bir sıra ştat vahidləri, müvafiq olaraq, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyindən, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyindən, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsindən və ləğv edilmiş Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (bundan sonra - Agentlik) balansına verilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. bir ay müddətində:
2.1.1. “bir pəncərə” prinsipinə əməl edilməklə ölkəyə idxal olunan qida məhsullarının təhlükəsizlik baxımından yoxlanılması zamanı Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi ilə qarşılıqlı fəaliyyətini tənzimləyən normativ hüquqi aktın hazırlanaraq təsdiq olunmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.1.2. bu sərəncamın 1-ci hissəsində nəzərdə tutulan əmlakın Agentliyin balansına verilməsini Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi ilə birlikdə təmin etsin;
2.2. bu sərəncamın 1-ci hissəsinə uyğun olaraq Agentliyə keçəcək müvafiq ştat vahidlərinin və “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş vəsaitin Agentliyə ötürülməsi üçün Agentliklə birlikdə zəruri tədbirlər görsün;
2.3. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu sərəncama uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu sərəncama uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.5. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu sərəncama uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.6. bu sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
3. Bu sərəncamın 1-ci hissəsinin icrası başa çatdıqdan sonra Agentlik Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin öz əsasnamələri ilə müəyyən olunmuş vəzifələrinin icrası ilə bağlı müvafiq laboratoriyalardan ödənişsiz istifadə etmələrini təmin etsin.
4. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi rayon (şəhər) kənd təsərrüfatı idarələrinin inzibati binalarından, Kənd Təsərrüfatı Nazirliyinin vivariumlarından və Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rayon baytarlıq idarələrinin diaqnostika kabinetlərindən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin ödənişsiz istifadə etməsini təmin etsin.
5. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu sərəncama uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 22 may 2018-ci il

 

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 may tarixli Sərəncamına
1 nömrəli Əlavə

 

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin balansından Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin balansına verilən əsas vəsaitin siyahısı


Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin İstehlak Mallarının Ekspertizası Mərkəzi Quba-Xaçmaz Regional Bölməsinin yeyinti məhsullarının keyfiyyəti üzrə sınaq laboratoriyasının Xaçmaz şəhəri, M.Rəsulzadə küçəsi, 7A ünvanında yerləşən inzibati binası və həmin laboratoriyanın maddi-texniki bazası.

 

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 may tarixli Sərəncamına
2 nömrəli Əlavə

 

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyindən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə verilən ştat vahidlərinin və əsas vəsaitin siyahısı

 

1. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rayon baytarlıq idarələrinin baytarlıq-sanitariya ekspertizası laboratoriyalarının maddi-texniki bazası və ştat vahidləri;
2. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin balansında olan, Xaçmaz şəhəri, Y.Müşkürü küçəsi, 7 ünvanında yerləşən ikimərtəbəli inzibati bina.

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 may tarixli Sərəncamına
3 nömrəli Əlavə

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin balansından Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin balansına verilən əsas vəsaitin siyahısı

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin laboratoriyalarında qida təhlükəsizliyinin yoxlanılması üçün nəzərdə tutulan avadanlıq.

 

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 may tarixli Sərəncamına
4 nömrəli Əlavə

 

Ləğv edilmiş Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə verilən ştat vahidlərinin və əsas vəsaitin siyahısı

1. “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxsin Bakı şəhəri, Nərimanov rayonu, E.İsaqzadə qəsəbəsi, 7-ci köndələn ünvanında yerləşən yeyinti və kənd təsərrüfatı məhsullarının sınaq laboratoriyasına aid inzibati sahə, həmin laboratoriyanın maddi-texniki bazası və ştat vahidləri;
2. “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxsin Sumqayıt şəhəri, Sülh küçəsi, 65 ünvanında yerləşən Sumqayıt yeyinti və kənd təsərrüfatı məhsullarının sınaq laboratoriyasının inzibati binası və onun maddi-texniki bazası.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video