Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide

Alternative content

12:33 16 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Jara-2018”: Rusiya estradasının bütün ulduzları Bakıya toplaşacaq
“Jara-2018”: Rusiya estradasının bütün ulduzları Bakıya toplaşacaq
ANA SƏHİFƏ / Mədəniyyət
01:05 25.05.2018

 

Dünya musiqi aləmində böyük populyarlıq qazanmış “Jara” festivalının təşkilatçılarından biri olan EMİN mətbuat konfransı keçirib

 

“Jara-2018” Beynəlxalq Musiqi Festivalı ilə bağlı hazırlıq işləri sürətlə aparılır. Hazırda qəfil küləkdən müdafiə məqsədilə montaj işləri görülür. İştirakçıların sayına gəldikdə, demək olar, Rusiya estradasının bütün ulduzları Bakıya toplaşacaq.

 

Bakıda keçiriləcək III “Jara” daha hərarətli olacaq

 

AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında festivalın təşkilatçılarından biri, tanınmış müğənni və bəstəkar EMİN deyib.

“Jara” Beynəlxalq Musiqi Festivalına təxminən 1000 nəfər musiqiçi gələcək, çünki hər bir artist öz kollektivinin müşayiətilə çıxış edəcək. Habelə Qazaxıstandan da musiqiçilər gələcək. Təbii ki, Azərbaycandan da ifaçılar olacaq. Hər il bizim artistlərimiz çıxış edirlər və bu il də belə olacaq”, - deyə EMİN bildirib.

Qeyd edək ki, iyulun 26-dan 29-dək “Sea Breeze Resort” istirahət mərkəzində keçiriləcək festivalın açılış mərasimində Monatik, Qriqori Leps, Ani Lorak, LOBODA, EMİN, A`Studio, Dima Bilan, Sergey Lazarev, Qlyuk'oza, Qradusı, NYUSHA, Nastya Kamenskix, Slava, Aleksey Çumakov, Artik & Asti, Black Star, Timati, Yeqor Krid, Mot, Xanna, Mişa Marvin və digər məşhur musiqiçilərin iştirakı ilə qala-konsert olacaq.

Festivalın proqramı haqqında məlumat verən EMİN diqqətə çatdırıb ki, builki “Jara”da üç yubiley konserti olacaq - Valeriya, Vladimir Presnyakov və Leonid Aqutinin yubiley gecələri keçiriləcək. Habelə Lyubov Uspenskayanın yaradıcılıq gecəsi olacaq. Yuri Antonovun da yaradıcılıq gecəsi gözlənilir. Hələ ki o, iştirakını şifahi təsdiqləyib. Eləcə də 55 yaşı tamam olan Valeri Meladze öz kollektivi ilə çıxış edəcək.

“Zənnimcə, Bakıda keçiriləcək III “Jara” daha hərarətli olacaq. Birinci “Jara” bir növ sınaq olsa da, Rusiyanın Birinci Kanalında reytinq baxımından çox yüksək nəticə göstərdi. II “Jara” başa çatdıqdan sonra, ötən il avqust ayının əvvəlində biz təşkilatçılar - Sergey Kojevnikov və Qriqori Leps bir yerə toplaşdıq və Birinci Kanalın nümayəndələri ilə birgə “Jara”nı növbəti səviyyəyə yüksəltmək məsələlərini müzakirə etdik. Beləliklə, qarşımıza vəzifələr qoyduq. Bu dəfə Birinci Kanaldan ən azı 13 efir əldə etməliyik. Bu, dördgünlük festivalda 12 musiqi gecəsi edir ki, hər gün üç-üç bölünəcək. Düşünürəm ki, bu, kifayət qədər mürəkkəb vəzifələrdir və böyük prodakşn, böyük miqdarda material, çoxsaylı mahnılar, yaxşı repertuar deməkdir. Habelə sizin indiyədək eşitmiş olduğunuz mahnılar yeni aranjemanda səsləndiriləcək”, - deyə EMİN diqqətə çatdırıb.

 

“Jara” postsovet məkanında çox az sayda olan tədbirlərdəndir

 

Festival çərçivəsində film çəkiləcəyi barədə məlumat verən EMİN deyib: “Filmin şərti adı belədir: “Odnajdı na jare” (“Bir dəfə Jarada”). Bu filmdə həm peşəkar aktyorlar, həm də Rusiya şou-biznesinin nümayəndələri iştirak edəcəklər. Filmdə ayrıca xətt var ki, burada Azərbaycan və Rusiya artistləri çəkiləcəklər. Ekran əsəri “Jara” festivalında səhnəarxası hadisələri təsvir edən yay kinokomediyası olacaq. Bu, həm də Rusiya artistlərinin hamısının çəkiləcəyi ilk film olacaq. Beləliklə, biz çoxseriyalı yeni bədii layihə əldə edəcəyik ki, hər il bu layihə, əlbəttə ki, yeni süjetlərlə təkrarlana bilər. Filmin rejissorunun adını hələ ki açıqlamıram. O, televiziyada işləmiş, çoxlu filmlər çəkən istedadlı bir qızdır. Filmin prodüserliyində mənə dostum Timur Cəfərov kömək edir.

“Jara” üçün bir neçə element fikirləşmişəm. Birincisi, “Azərbaycan” adlı çox yaxşı iki trek yazdırmışıq. Biz festivalı bu mahnı ilə açmaq istəyirik. Digər mahnı - mən onu “Bakıya qaçaq. İkinci hissə” adlandırıram - onun premyerası mayın 28-də olacaq. Bu mahnını mənim dostum Brandon Stone yazıb.

“Jara”nın büdcəsi böyükdür və bu il də belə olacaq. Çünki postsovet məkanında bu cür hadisə çox azdır. “Jara” brendi əsasında “Jara TV” və “Jara” radiostansiyası fəaliyyətə başlayıb. İdeyalar çoxdur və gələcəkdə reallaşdırıla bilər”.

Xatırladaq ki, festivalın təşkilatçıları müğənni və bəstəkar Emin Ağalarov, Rusiyanın əməkdar artisti Qriqori Leps, “Russkoye radio”nun və “Qızıl qrammofon” mükafatının təsisçisi Sergey Kojevnikovdur. “Jara-2018”in biletləri ötən il dekabrın 1-dən satışa çıxarılıb.

 


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM