25 May 2018 01:05
1283
ELANLAR
A- A+

“Renessans Palace”dan mənzil alan şəxslər dərhal təmirə başlayır

 

Premium sinif yaşayış kompleksi “Renessans Palace”da mənzil alan şəxslər dərhal təmirə başlayır. Bakının Yasamal rayonunda yerləşən kompleksi inşa edən “AS Qrup İnvestment” şirkətlər qrupu korpusları təmirə təhvil verməyə başlayıb.

Artıq bu binadan mənzil alan şəxslər digər yaşayış komplekslərindəki kimi icazə müddətini gözləmədən öz mənzillərində təmirə başlaya bilər. Payızda isə “Renessans Palace”da yaşayış üçün icazə veriləcəyi bildirilir.

Kompleksdə mənzil alıb premium seqment evə sahib olmaq istəyənlər üçün “AS Qrup İnvestment” həmçinin 3 illik fazisiz ödənişlə kampaniyaya başlayıb. Kampaniyanın şərtlərinə əsasən ilkin ödəniş 25 faiz təşkil edir. Mənzil sahibi növbəti 3 ilin 35 ayında evin dəyərinin 50 faizini hissə-hissə keçirir və 36-cı ayda geridə qalan 25 faiz hissəni ödəyir.

İnfrastrukturunda, binanın keyfiyyətində və digər xüsusiyyətlərdə premium seqmentin bütün tələblərinə riayət olunmaqla inşa olunan “Renessans Palace” dörd korpus, 20 blok, 1084 mənzildən ibarətdir. 3 hektar ərazini əhatələndirən yaşayış kompleksinin 1,6 hektar hissəsi sakinlər üçün meşətipli, qapalı park olacaq. Binaların hər mərtəbəsində mənzil sayı maksimum 4-dür. Hər blokda 3 ədəd “Mistubishi” markalı lift quraşdırılıb. Mənzillərin hündürlüyü standard ölçülərdən daha artıq -  3.35 metrdir. Çöl divarlar termobloklarla tikildiyindən evlər yayda sərin, qışda isə isti qalır. Bu isə 40 faiz enerjiə qənaət etməkdir. Pəncərələr izosistemli, 4 kameralı olduğundan Bakı küləyinin səsini və soyuğu içəri buraxmır. Kompleksin ilk 2 mərtəbəsində fəaliyyət göstərəcək iaişə obyektləri isə (restoran, kafelər, fitnes zal, uşaq bağçası, gözəllik salonu, sağlamlıq mərkəzi və s.) sakinlərin rahatlığına xidmət göstərəcək. “Renessans Palace” 120 yerüstü, 1500 yeraltı avtomobil parkinq yeri ilə paytaxtın ən iri avto-parkinqinə sahib yaşayış kompleksidir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video