Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk muhammet ali özer

Alternative content

08:58 21 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Ağstafanın düşmənlə həmsərhəd kəndində yeni məktəb binası istifadəyə verilib
Ağstafanın düşmənlə həmsərhəd kəndində yeni məktəb binası istifadəyə verilib
ANA SƏHİFƏ / Təhsil
01:05 25.05.2018

 

Dövlət başçısının diqqət və qayğısı sayəsində sərhəd kəndlərimizin sosial problemlərinin həlli istiqamətində görülən işlər uğurla davam etdirilir. Əhalinin sosial şəraitinin yaxşılaşdırılması məqsədilə avtomobil yolları əsaslı şəkildə təmir olunur, yeni körpülər inşa edilir, fasiləsiz elektrik enerjisi, təbii qaz və su təminatı daim nəzarətdə saxlanılır.

Ağstafanın Köhnəqışlaq kəndi də Ermənistanla həmsərhəd kəndlərdəndir. Kənd əhalisi dövlətin dəstəyini daim hiss edərək düşmən təxribatlarına əhəmiyyət vermədən gündəlik həyatlarını yaşayırlar. Bir neçə il ərzində kənddə müasir poçt binası, uşaq bağçası və digər inzibati binalar tikilərək istifadəyə verilmişdir ki, bu da sakinlərin rahatlığını təmin etmişdir. İndi demək olar ki, kənd sakinləri heç bir problemlə üzləşmirlər. Bu yaxınlarda isə kənddə yeni məktəb binası istifadəyə verilmişdir. Bu münasibətlə keçirilən mərasimdə Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev çıxış edərək dövlət başçısının sərhəd kəndlərinə göstərdiyi qayğıdan danışmışdır.

Rayon təhsil şöbəsinin müdiri Kamran Abbasov ölkəmizdə, eləcə də Ağstafada təhsilin inkişafı istiqamətində atılan müsbət addımlardan söhbət açmış, diqqətə çatdırmışdır ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən təhsil islahatları sayəsində son illər rayonda uğurlu göstəricilərə nail olunmuşdur. Məktəblərin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində görülən işlər nəticəsində təhsilin səviyyəsi xeyli yüksəlmişdir.

Məktəbin müəllimləri, eləcə də kənd sakinləri onların övladlarının gələcəyinə qayğı ilə yanaşan ölkə rəhbərinə minnətdarlıq etmişlər. Sonda rayon icra hakimiyyətinin başçısı şəhid anası Güllü Qasımova ilə birlikdə rəmzi qırmızı lenti kəsmiş və yeni məktəb binasına baxış keçirilmişdir.

Qeyd edək ki, əvvəlki məktəb binası erməni mövqeyinin qarşısında yerləşdiyindən tez-tez atəşə məruz qalırdı. Bu da dərs prosesinin pozulmasına səbəb olurdu. İndi yeni məktəb binası əvvəlkindən fərqli olaraq erməni mövqeyindən xeyli kənarda, təhlükəsiz yerdə inşa edilmişdir. Yeni təhsil ocağında tədrisin yüksək səviyyədə təşkili üçün bütün şərait yaradılmışdır. İkimərtəbəli məktəb binasında xarici dil və informatika dərsləri kabinetləri müvafiq proqram təminatlı kompüter avadanlıqları, siniflər əyani vasitələrlə təmin edilmiş, fənn kabinetlərı və laboratoriyalar yaradılmış, idman və akt zalları, eləcə də kitabxana ilə təmin olunmuşdur. Məktəbdə fərdi qazanxana sistemi yaradılmış, ətrafında yaşıllıq salınmışdır.

 

Sabir ƏLİYEV,

“Azərbaycan”

 


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM