Alternative content

17:37 26 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Aleksandr Mişenko: Azərbaycan-Ukrayna elmi konfransı ölkələrimiz arasında elmi əməkdaşlığa öz töhfəsini verəcək
Aleksandr Mişenko: Azərbaycan-Ukrayna elmi konfransı ölkələrimiz arasında elmi əməkdaşlığa öz töhfəsini verəcək
ANA SƏHİFƏ / Elm və texnika
06:05 24.05.2018

 

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) “Building innavations-2018” mövzusunda I beynəlxalq Azərbaycan-Ukrayna elmi konfransı öz işinə başlayıb.

AzMİU-dan AZƏRTAC-a bildirilib ki, Almaniya, Ukrayna, Özbəkistandan elm adamının qatıldığı ikigünlük konfransın açılış mərasimində Azərbaycanın elm və təhsil ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Konfransın aktual mövzuya həsr edildiyini deyən AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova bildirib ki, tikinti sektorunun sürətli inkişafını müasir texnologiyaların tətbiqi olmadan təsəvvür etmək mümkün deyil. Rektor dünyanın ən müasir texnologiyalarının respublikamızın tikinti sektorunda uğurla tətbiq edildiyini vurğulayıb.

Konfransın işinə uğurlar arzulayan Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenko hər iki ölkənin xalqları arasında sıx münasibətlərin mövcud olduğunu və bu əlaqələrin uğurla davam etdirildiyini deyib. Səfir konfransın ölkələrimiz arasında elm sahəsində əməkdaşlığa töhfə verəcəyinə əminliyini ifadə edib.

Yuriy Kondratyuk adına Poltava Milli Texniki Universitetinin rektoru, iqtisadiyyat elmləri doktoru, professor Vladimir Onişenko müasir innovativ texnika və texnologiyaların tikinti sektoruna tətbiqi sahəsində əldə edilən yeniliklərin elm ictimaiyyətinə çatdırılmasında konfransın əhəmiyyətini vurğulayıb. O, rəhbərlik etdiyi Poltava Milli Texniki Universitetindən konfransa 22 məruzəçisinin qatıldığını, 120-dən artıq məqalə və tezisin dərc olunduğunu deyib: “Düşünürəm ki, belə böyük bir komanda ilə konfransa qatılmağımız universitetlərimiz arasında əməkdaşlığın daha da dərinləşməsinə verdiyimiz dəyərdən irəli gəlir. İnanın ki, əməkdaşlarımız böyük məsuliyyət və həvəslə konfransa qatılıblar”.

Təhsil Nazirliyinin sektor müdiri Anar Kazımov təhsil naziri Ceyhun Bayramovun iştirakçılara salamlarını çatdırıb və konfransın işinə uğurlar arzulayıb.

Plenar iclasda AzMİU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, professor Nərgiz Abdullayeva və Poltava Milli Texniki Universitetinin memarlıq və şəhərsalma kafedrasının müdiri, professor Aleksandr Semko məruzələrlə çıxış ediblər.

Konfrans öz işini bölmə iclaslarında davam etdirib.