Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk

Alternative content

16:02 17 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV UNESCO-nun baş direktoru (2009-2017) İrina Bokovadan
UNESCO-nun baş direktoru (2009-2017) İrina Bokovadan
ANA SƏHİFƏ / Məktublar
08:05 23.05.2018


Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

İcazə verin, Sizi yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə təbrik edim. UNESCO-nun 2009-cu ildən 2017-ci ilədək baş direktoru vəzifəsində çalışdığım dövrdə Azərbaycana etdiyim səfərlər və Sizin şəxsən təşkilata verdiyiniz dəstəklə bağlı məndə xoş xatirələr qalıb. 2015-ci ildə 70 illik yubileyini qeyd edən UNESCO-nun Baş Konfransının 38-ci sessiyasının Liderlər Forumunda Sizin iştirakınız təşkilatın qlobal sülhə və BMT-nin 2030 Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün mühüm rolunu təsdiqləyən güclü mesaj idi.

Mən vəzifədə olduğum dövrdə Azərbaycan və UNESCO arasındakı məhsuldar əməkdaşlığı, xüsusən də özümün başlanğıcdan iştirak etdiyim dörd Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsini xüsusilə vurğulamaq və buna görə bir daha səmimi minnətdarlığımı bildirmək istərdim. Bütün bunlar mübadilə, elm və sənət məkanı olan Azərbaycanın qədim İpək Yolunda uzun tarixini əks etdirir. Sözügedən forumlar nəticəsində yaranmış “Bakı Prosesi” qeyri-sabitlik və artan dözümsüzlüyə qarşı sülh və qarşılıqlı anlaşmanın axtarışında mühüm bir mərhələyə çevrilmişdir.

Mən Azərbaycanın Birinci vitse-prezidenti, UNESCO-nun şifahi ənənələr və musiqi ənənələri sahəsində xoşməramlı səfiri xanım Mehriban Əliyevaya təşkilatın bir çox təşəbbüslərinə verdiyi dəstəyə görə xüsusilə minnətdaram.

Azərbaycanın 2003-cü ildə UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyasına ev sahibliyi etməsi, irs və mədəniyyət sahələrində çoxsaylı fəaliyyətləri ümumi fikrin parlaq təzahürüdür ki, təhsil, mədəniyyət və mədəniyyətlərarası dialoq insan kapitalının və sülhün təməlidir.

Sizə və Azərbaycan xalqına uğurlar və firavanlıq arzulayıram.

Dərin hörmətlə,

 

İrina Bokova

UNESCO-nun baş direktoru (2009-2017)


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM