23 May 2018 08:05
490
Elm və texnika
A- A+

Abituriyentlərin nəzərinə!

 

Beynəlxalq təhsil proqramları (International Baccalaurate®, A-level, SABİS® və s.) üzrə təhsilini müvəffəqiyyətlə başa vurmuş və müvafiq sənəd almış Azərbaycan Respublikasının vətəndaşları üçün müsabiqə şərtləri müəyyənləşib.

Dövlət İmtahan Mərkəzindən (DİM) AZƏRTAC-a bildirilib ki, 2018/2019-cu tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu elanının 19-cu bəndində qeyd olunduğu kimi ölkədə fəaliyyət göstərən ümumtəhsil müəssisələrində beynəlxalq təhsil proqramları (International Baccalaurate®, A-level, SABİS® və s.) üzrə təhsilini müvəffəqiyyətlə başa vurmuş və müvafiq sənəd almış Azərbaycan vətəndaşları aşağıdakı müsabiqə şərtlərini ödədikləri halda ali təhsil müəssisələrinin tədrisi ingilis dilində olan müvafiq ixtisasları üzrə müsabiqədə DİM tərəfindən keçirilən qəbul imtahanlarında müvafiq nəticələr əldə etmiş abituriyentlərlə yanaşı iştirak edə bilərlər:

- SAT imtahanından ən azı 1000 bal (riyaziyyat fənni üzrə ən azı 560 bal) və IELTS imtahanından ən azı 6.0 bal nəticə əldə etdikləri halda;

- SAT imtahanından ən azı 1000 bal (riyaziyyat fənni üzrə ən azı 560 bal) və TOEFL İBT imtahanından ən azı 75 bal nəticə əldə etdikləri halda.

- SAT imtahanından ən azı 1000 bal (riyaziyyat fənni üzrə ən azı 560 bal) və PTE Academic imtahanından ən azı 50 bal nəticə əldə etdikləri halda.

Qeyd olunan şərtləri ödəyən abituriyentlər üçün Azərbaycan Dövlət İqtisad Universiteti tərəfindən “Mühasibat uçotu və audit” , “Maliyyə” və “Biznesin idarə edilməsi” ixtisasları üzrə plan yerləri ayrılıb.

Həmin ixtisaslara qəbul olunmaq istəyən abituriyentlər mayın 29-dək aşağıdakı sənədləri şəxsən DİM-ə (Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küç, 1 M) təqdim etməlidirlər.

1. “Abituriyentin elektron ərizəsi”nin surəti;

2. Təhsil sənədinin əsli və surəti (cari ilin məzunları - ümumtəhsil müəssisələrinin tam orta təhsil səviyyəsini cari ildə beynəlxalq təhsil proqramları üzrə bitirmələri haqqında məktəbdən arayış, iyul ayının 20-dək – təhsil sənədinin əsli və surəti)

3. Müvafiq imtahan nəticələri.

Bundan əlavə, həmin abituriyentlər SAT imtahanı nəticələrini elektron variantda College Board saytında (https://www.collegeboard.org) Dövlət İmtahan Mərkəzinə (kod 7876) göndərməlidirlər.

Qeyd olunan ixtisasların müsabiqəsində iştirak etmək istəyən abituriyentlər (aprelin 22-də keçirilmiş Azərbaycan dili fənni üzrə birinci imtahandan “məqbul” qiymət alan abituriyentlər istisna olmaqla) iyunun 10-da Azərbaycan dili fənni üzrə imtahanda iştirak edərək “məqbul” qiymət almalıdırlar. Bunun üçün onlar mayın 29-dək dim.gov.az saytında “Abituriyentin elektron ərizəsi” formasını doldurarkən “test imtahanı verəcəyi dil” bölməsində rus dilini seçməlidirlər. 2017-ci ildə Azərbaycan dili fənni üzrə imtahandan “məqbul” qiymət alan abituriyentlər cari ildə bu imtahanda iştirak etmədən müsabiqəyə buraxılırlar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video